Türkiyədə toy günü qaçan goranboylu qızdan XƏBƏR VAR - FOTO

Türkiyədə toy günü qaçan goranboylu qızdan XƏBƏR VAR - FOTO
17:22 14 Noyabr 2016
1912 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə nişanlısını toy günü aldadaraq 3 min dollarını və qızıl-zinət əşyalarını götürərək qaçan azərbaycanlı qızla bağlı yeni məlumatlar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, Samirə Namazova adlı qadının yaxınının azxeber.com-a verdiyi məlumata görə, qadın öncələr evli olub və onun bu evlilikdən 2 yaşlı bir qız övladı var. Məlumatda Samirənin Goranboyun Kəpənəkçi kəndindən olduğu qeyd olunub. Onun nənəsinin subay qızları Türkiyə vətəndaşları ilə evləndirdiyi, ancaq özünü dindar bir qadın kimi təqdim etdiyi bildirilib. Bundan başqa, Samirənin hazırda Kəpənəkçi kəndində ailəsinin yanında olduğu qeyd edilib.

Xatırladaq ki, ötən gün Türkiyə vətəndaşı Səməd İlgün mətbuata müraciət edərək başına gətirilən hadisədən yazmışdı. Samirə adlı azərbaycanlı bir qızla Türkiyədə toy etməyə hazırlaşarkən bu qızın birdən-birə yoxa çıxdığını deyən Səməd Samirənin gedərkən 3000 dollar pul, qızıl-ziynət əşyaları və gəlinlik paltarını da özü ilə apardığını qeyd etmişdi.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/489337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR