İki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb - Ağstafada

İki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb - Ağstafada
17:24 14 Noyabr 2016
117 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 463-cü kilometrliyində, Ağstafa şəhəri ərazisində qeydə alınıb. Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü Vaqif Ələkbərovun idarə etdiyi “Opel” markalı avtomobillə, Qazax  rayonu Çaylı kənd sakini, 1964-cü il təvəllüdlü İman Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı maşın toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü və sərnişinlər -  Qazax rayonunun Ağköynək kənd sakini, 1950-ci il təvəllüdlü Rahilə Poladova, Çaylı kənd sakini, 1949-cu il təvəllüdlü Ceyran Poladova, Ağstafa şəhər sakinləri, 1979-cu il təvəllüdlü Aybəniz İsrafilova və 1952-ci il təvəllüdlü Hürü Bayramova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanaya  yerləşdiriliblər. Onlardan iki nəfərin vəziyyəti orta-ağır, digərlərininki isə normal qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR