Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Rusiyaya pomidor ixracını 56% artırıb

Azərbaycan Rusiyaya pomidor ixracını 56% artırıb

Date: 14 November 2016 17:27

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya idxal edilən pomidor məhsulu 30% azalıb. Cari ildə Rusiyaya pomidor ixrac edən əsas ölkələr Mərakeş (88,7 min ton; artım - 158%), Azərbaycan (86 min ton; artım - 56%) və Çin (68 min ton; artım - 1,4%) olub. Halbuki bir il əvvəl ilk üçlükdə Türkiyə (292,8 min ton), Belarus (68,9 min ton) və Çin (67,9 min ton) qərarlaşmışdır.
"Report"un "İzvestiya" qəzetinə istinadən verdiyi xəbərə görə, eyni zamanda, idxal məhsullarının qiymətləri də 15-20% artıb.
Xatırladaq ki, 2016-cı il yanvarın 1-dən Rusiya Türkiyə istehsalı olan məhsulların idxalına qadağa qoymuşdur. Rusiya Kənd Təsərrüfatı Nazirliyi ölkənin pomidora olan tələbatının Azərbaycan, Mərakeş, İran, İsrail və Özbəkistandan alınan məhsullar hesabına ödəməyi planlaşdırırdı. Lakin statistika göstərir ki, ölkəyə pomidor idxalının əvvəlki həcmi hələ də bərpa olunmayıb.
Artıq oktyabr ayında Rusiya ilə Türkiyə arasında münasibətlərin yenidən qaydaya düşməsi müəyyən kənd təsərrüfatı məhsullarının sanksiyalardan azad olunmasına şərait yaradıb. Lakin pomidor, soğan, gül kələmi, brokkoli, xiyar, çiyələk kimi məhsullara qarşı tətbiq edilən embarqo hələ də ləğv edilməyib.


Tags:  Azərbaycan Rusiyaya pomidor ixracını 56 artırıb

RƏYLƏR


Top news