İstanbulda bağlamanın partlaması nəticəsində üç nəfər yaralanıb

İstanbulda bağlamanın partlaması nəticəsində üç nəfər yaralanıb
17:27 14 Noyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində kompüter şirkətinin ofisinə gətirilmiş bağlamanın partlaması nəticəsində üç nəfər yaralanıb.
Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.
Məlumata görə, şəhərin Maltəpə bölgəsində partlayış və ardından meydana gələn yanğın nəticəsində üç nəfər xəsarət alıb. Partlayış şirkət əməkdaşlarının bağlamanı açmağa çalışmasından sonra baş verib.
Təcili-tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb. 
Polis hadisə ilə əlaqədar araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-stanbulda-baglamanin-partlamasi-neticesinde-uc-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR