Sistem inzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün təlim keçiriləcək

Sistem inzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün təlim keçiriləcək
17:35 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Sistem inzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün "Fundamentals of a Windows Server® Infrastructure" adlı təlim keçiriləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" tərəfindən hazırlanan təlimə artıq qeydiyyat başlayır.

Təlimi bitirənlər "Windows Server 2012" server infrastrukturunun qurulması üçün bütün lazımi bilikləri qazanacaqlar.

"Fundamentals of a Windows Server® Infrastructure" təlimində iştirak üçün aylıq ödənişin məbləği 155 AZN-dir.

Təlimlərdə güzəştli qrupların iştirakı da nəzərdə tutulub. Belə ki, güzəşt qruplarına daxil olan tələbələr, dövlət qulluqçuları və rabitə işçiləri, eləcə də onların övladları bu təlimlərdə aylıq 135 AZN ödəməklə iştirak edə biləcəklər.

Təlimi uğurla bitirən tələbələr Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı ilə təltif ediləcəklər. Həmçinin, tələbələrin beynəlxalq sertifikat əldə edəcəyinə zəmanət verilir. İştirakçılar sözügedən beynəlxalq imtahanlar üzrə bütün zəruri konsultasiyaları Mərkəzin əməkdaşlarından alacaqlar.

Tədrisə dekabr ayından start veriləcək. Həftədə 2 gün olmaqla 2 ay tədris olunacaq təlimlər Mirzə Abbas Şərifzadə küçəsi 241 ünvanında "Elektron Hökumət Təlim-Tədris Mərkəzi"ndə keçiriləcək. Daha ətraflı məlumat üçün, telim@mincom.gov.azelektron ünvanı və (012) 505-01-13, (077) 505-01-13 nömrələri ilə əlaqə saxlaya bilərsiniz..


Dərslərin vaxtı qrup formalaşdırıldıqdan sonra müəyyən ediləcək.

Dərslər nəzəri və praktiki hissədən ibarətdir. Dərslər zamanı praktiki məşğələlər Mərkəzin təlim serverləri üzərində həyata keçiriləcək.

Təlim bu sahədə həm dövlət, həm də özəl sektorda uzun illər çalışan peşəkar mütəxəssis tərəfindən keçiriləcək.

"Microsoft" rəsmi tədris planına uyğun keçiriləcək təlim barədə ətraflı bütün məlumatı linkdən öyrənə bilərsiniz:  https://goo.gl/vtU0ET





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44334-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR