Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
17:42 14 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı Sağlamlıq Mərkəzində (BSM) Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib. 
"Report"xəbər verir ki, Mərkəzin direktoru Hikmət Həsənov bu günün əhəmiyyəti, xəstəliyin insan orqanizminə vurduğu zərərlər barədə danışıb.
Ölkənin baş endokrinoloqu Rafik Məmmədhəsənov isə Azərbaycanda endokrinologiyanın inkişaf tarixi haqda məlumat verib.
BSM-in endokrinologiya şöbəsinin müdiri Nərgiz Əliyeva isə çıxışında bu il mərkəzə müraciət edən şəkərli diabet xəstələrinin sayının artdığını bildirib: "Keçən il bu rəqəm 67 idisə, bu xəstələrin sayı 78 olub".
O, həmçinin qeyd edib ki, 65 yaşdan yuxarı olan şəkərli diabet xəstələrinin 68%-i ürək-damar xəstəliklərindən vəfat edir.
Eyni zamanda, tdbirdə şəkərli diabetlə gedən patalogiyaların statistikası da açıqlanıb. Belə ki, miokard infarktın sayı 37, insult 118, əməliyyatlar 20, qalxan varı vəzinin patalogiyaları 212, hamiləlik isə 20 olub. Çəkinin 5 kq azalması şəkərli diabetin yaranmasını 50%, ölümü isə 40% azaldır.
BSM-də qeydiyyatda olan şəkərli diabet xəstələrindən 197-də kəskin fəsadlar aşkarlanıb. Burada insulindən asılı olan şəkərli diabet xəstələri 268 nəfər, asılı olmayanların sayı isə 1 544 nəfər təşkil edir.
Daha sonra Bakı Sağlamlıq Mərkəzinin əhalinin sağlamlığı yolunda göstərdiyi xidmətlər habelə, Mərkəzin endokrinologiya şöbəsinin illik hesabatı, şəkərli diabetin klinik protokolları, klinik məsələ üzərindən diabetik müalicəsinə müasir yanaşma haqqında məlumatlar verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/baki-saglamliq-merkezinde-umumdunya-diabet-gunune-hesr-olunmus-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR