Bakı. 14 noyabr. REPORT.AZ/ İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasındakı Avropa çempionatında tarix yazan cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Vətənə qayıdıb.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma üzvlərini rəsmi şəxslər və cüdo ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qitə birinciliyində 2 medal qazanılıb. 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 90 kq çəkidə yarışan Furudin Dadaşov isə bürünc medala sahib çıxıb.