Elçin Əzizovun triumfu: Bakı səhnəsində atəşli ispan ehtirasları - FOTO

Elçin Əzizovun triumfu: Bakı səhnəsində atəşli ispan ehtirasları - FOTO
17:52 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıda opera incəsənəti pərəstişkarlarının çoxdan gözlədiyi hadisə baş verdi. Avropada ən çox tələb olunan opera müğənnilərindən biri, Vrotslavsk Opera Teatrının (Polşa) qabaqcıl solisti İrina Jitinska (Karmenin partiyası), Rusiyanın Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizov (Eskamilyonun partiyası), Ukrayna Milli Operasının qabaqcıl solisti, Ukraynanın xalq artisti Andrey Romanenkonun (Xozenin partiyası) iştirakı ilə Jorj Bizenin "Karmen" operası nümayiş etdirilib.

Şübhəsiz ki, bu parlaq üç vokalçıdan E. Əzizovun adı Bakı publikasına xüsusilə daha yaxındır. Onu sevirlər, doğma ölkəsində onunla fəxr edirlər, Rusiya, Polşa, Cənubi Koreya, Böyük Britaniya, Fransa və ABŞ-ın tanınmış zallarının səhnələrində çıxışları və uğurları barədə məlumatları diqqətlə izləyirlər.

E. Əzizov iki ildi Bakıda çıxış etmirdi və buna görə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Karmen"in nümayişi ətrafında görünməmiş ajiotaj var idi. Zalda boş yer tapmaq mümkün deyildi, qonaqlar arasında görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və əlbəttə ki, dostunu dəstəkləməyə gələn Şən və Hazırcavablar Klubunun əfsanəvi "Bakılı oğlanlar" komandasının iştirakçıları var idi.

İstisnasız bütün tamaşaçılar nümayişə sayılı dəqiqələrin qaldığına işarət edən üçüncü zəngi səbirsizliklə gözləyirdilər. Və budur, musiqiçilər orkestr çuxurunda öz yerlərini tutdular, dirijor çubuğu beynəlxalq müsabiqələrin laureatı Eyyub Quliyevdədir, ilk akkordlar, pərdə qaldırıldı...

"Karmen" operasının şöhrət qazanacağını hələ 1880-ci illərdə rusiyalı bəstəkar Pyotr İliç Çaykovski qabaqcadan xəbər vermişdu: "Bizenin operası şedevrdir, bütün dövrün musiqi meyllərini güclü dərəcədə özündə əks etdirməyin nəsib olduğu azsaylı şeylərdən biridir. On ildən sonra "Karmen" dünyada ən populyar opera olacaq..."

Həmin dövrdən bir əsrdən çox vaxt ötüb, opera isə bu günədək ən populyar teatr quruluşlarından biridir.

Quruluşdakı hadisələr XIX əsrdə İspaniyada cərəyan edir. Süjetin əsasında öz azadlığını hər şeydən üstün tutan gözəl qaraçı Karmen naminə fərari və qaçaqmalçı olan əsgər Xozenin qurbanlıq sevgisi dayanır. Toreador Eskamilyoya başı qarışan Karmen qısqanclığa görə Xoze tərəfindən öldürülür.

Üç saat yarım davam edən tamaşa zamanı tamaşaçılar səhnədən gözlərini çəkməyərək baş verənləri izlədilər.

İ. Jitinska Karmen obrazında bənzərsiz idi. Onun cazibə sehrinə təkcə Xoze və Eskamilyo deyil, həm də bütün tamaşaçılar düşmüşdülər, təsadüfi deyil ki, o, Lissabonda (Portuqaliya) keçirilmiş beynəlxalq opera incəsənəti festivalında Karmen partiyasının ən yaxşı ifaçısı mükafatına layiq görülüb. Onun Karmeni dilxoşluq edir və aldadır, aşiq olur və üz döndərir, onun üçün kişilər dava edir və cinayət törədirlər. O, parlaq, temperamentli, cəsarətlidir, hamının üzərində hökmranlıq etməyə adət edib. Onun habanerası azad sevgi mahnısıdır, Xozeyə çağırış kimi səslənir, onun ayaqlarına atılan al qızılgül isə məhəbbət vəd edir.

Xoze obrazını canlandıran A. Romanenko Bakı publikasına yaxşı tanışdır, o, Azərbaycan teatr səhnəsində, o cümlədən "Karmen" quruluşunda bir neçə dəfə çıxış edib. Onun qəhrəmanı zərif Mikaela və ehtiraslı Karmen arasında parçalanır, o, iki reallıq - vəzifə və ehtiras - arasında balans qurur və yekunda həyəcanın artmasına tab gətirmir. Artist Xozenin xarakterini məharətlə ötürə bildi, o, quruluşun əvvəlində Mikaelaya vurulmuş cəsur əsgər, sonra isə Karmenə qarşı alovlu ehtirasa bürünmüş qaçaqmalçı və quldurdur.

Toreador Eskamilyonun səhnəyə çıxması tamaşaçıların gur alqışları ilə qarşılandı, onlar həmyerliləri E. Əzizovu belə qarşıladılar. Artistin ifasında Eskamilyo misilsiz - boy-buxunlu, mərd, iradəli - idi, o nə öküzlərlə döyüşdə, nə də sevgi cəbhəsində məğlub olur. Xoze Karmenin ürəyi uğrunda döyüşdə Eskamilyoya uduzur. Güclü gözəl səsə, gözəl ifa texnikasına və parlaq aktyor istedadına malik olan E. Əzizov həqiqətən də unudulmaz obraz ərsəyə gətirdi. Bakı publikası artistin ustalıq səviyyəsindən, səsindən və xarizmasından sonsuz dərəcədə razı idi.

Azərbaycanın əməkdar artisti İnarə Babayevanın ifasında Mikaela obrazı ideal və çox təsirli alındı. O, əvvəlcə tamaşaçı qarşısında zərif qız kimi göründüyü halda, üçüncü pərdədə sevgilisinin arxasınca qayalara getməyə hazır olan cəsur qadındır.

Opera və balet teatrının qabaqcıl artistləri - Azərbaycanın xalq artisti Əli Əsgərov (Tsuniqonun partiyası), Gülnaz İsmayılova (Fraskitanın partiyası), Səbinə Əsədova (Mersedesin partiyası), solistlər Tural Ağasıyev (Dankaykonun partiyası) və Əliəhməd İbrahimov (Romendadonun partiyası) - quruluşda çox ahəngdar görünürdülər. Artistlərin güclü vokalı, orkestr və dirijorun ifaçılıq məharəti, parlaq geyimlər, rəngarəng dekorasiyalar, truppanın balet bölümünün iştirakı ilə alovlu rəqs nömrələri operanın nümayişini unudulmaz etdi.

Publikanın tamaşaya reaksiyası coşqulu idi, nümayişdən sonra bir neçə dəqiqə ərzində gurultulu alqışlar vokalçıları səhnədə saxladı, zaldan isə "Bravo!", "Afərin!" səsləri eşidilirdi. Alqışlar dayanmırdı, publika artisləri və xüsusilə E. Əzizovu buraxmaq istəmirdi. Onun üçün sonsuz dərəcədə fəxr edildiyi və hədsiz sevildiyi doğma torpaqda çıxışı əsl triumf oldu.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az








































RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Əslində, bizi fırladırlar, xalqı fırladırlar" - Deputat

25 Aprel 2017 14:37

"İnter" iki məşqçiyə 20 gün vaxt verib

25 Aprel 2017 14:37

Aktyorumuz festivalda qalib oldu - FOTO

25 Aprel 2017 14:37

ABŞ-ın “Tomahawk” raketi ilə silahlanan sualtı qayığı Cənubi Koreya sahillərinə yan alıb

25 Aprel 2017 14:36

Dünyanın ən çox qazanan saytları

25 Aprel 2017 14:36

16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

25 Aprel 2017 14:35

Türkiyə Ali Məhkəməsindən referendumla bağlı RƏDD CAVABI

25 Aprel 2017 14:34

ABŞ İranı dağıtmaq üçün 20 bomba hazırladı - Yalvarsa da, İsrailə vermir

25 Aprel 2017 14:33

Alçanın bu faydalarına inanmayacaqsınız

25 Aprel 2017 14:33

Moskva kriminalının erməniləri - GİZLİ TARİX

25 Aprel 2017 14:32

Azərbaycan AŞPA-da Türkiyənin monitorinq prosesinə daxil edilməsinə qarşı çıxıb

25 Aprel 2017 14:32

Nazirlik Prezidentin yardımla bağlı sərəncamının icrasına başlayıb

25 Aprel 2017 14:31

Gələcək maşınlar ZİBİLDƏN HAZIRLANACAQ

25 Aprel 2017 14:28

Erotik "xalq nağılları", yaxud uşaqlarımız nə oxuyur? - FOTO

25 Aprel 2017 14:27

Valyutadəyişmə məntəqələri ilə bağlı

25 Aprel 2017 14:24

Övladını mediadan gizlədən yerli məşhurlar - SİYAHI

25 Aprel 2017 14:22

Milli Məclisdə SİQARET QADAĞASI

25 Aprel 2017 14:22

Valyutadəyişmə məntəqələri ilə bağlı TƏKLİF

25 Aprel 2017 14:17

Azərbaycana göz qişaları gətirmək mümkün olacaq

25 Aprel 2017 14:17

3-cü Dünya Müharibəsi başlayır?

25 Aprel 2017 14:17

“Xalq bilmir ki, pulunu hansı valyutada saxlasın” - DEPUTAT

25 Aprel 2017 14:14

Zamiqin yeni sevgilisi - İDDİA - FOTO

25 Aprel 2017 14:12

Bakı restoranında erməni mahnısı - "Kral TV"nin günahı

25 Aprel 2017 14:12

Türkiyə Ali Məhkəməsi ana müxalifətin şikayətini təmin etməyib

25 Aprel 2017 14:12

Neftçala sakininin sosial yardımı niyə kəsildi? - RƏSMİ CAVAB - FOTO

25 Aprel 2017 14:12

Meymun avtomobil ustasına çevrildi

25 Aprel 2017 14:10

Buynuz qişanın idxalı və transplantasiyasına icazə verildi

25 Aprel 2017 14:09

Siyavuş Novruzov: “Çoxlu sayda insanlarımız işsiz qalıb, pullar qara bazarda fırlanıb”

25 Aprel 2017 14:08

Trampdan Avropaya QADAĞA

25 Aprel 2017 14:08

Azərbaycan çempionatının oyunu zamanı qalmaqal baş verib

25 Aprel 2017 14:07

Azərbaycanda ilk rübdə 43 özəlləşdirmə hərracı keçirilib

25 Aprel 2017 14:06

"Kumirim Andrey Şevçenkodur"

25 Aprel 2017 14:05

Peşəkar kikboksçu: "Ölkəmizin uğurları idmançılara böyük stimuldur"

25 Aprel 2017 14:05

Heydər Əliyev Sarayında “Mənim Azərbaycanım” konserti və "Koroğlu" baleti nümayiş olunacaq

25 Aprel 2017 14:01

Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub

25 Aprel 2017 14:01

"Diriliş Ertuğrul"un bu həftə yayımlanmama səbəbi məlum olub

25 Aprel 2017 14:01

"Exchange"lər fəaliyyətini bərpa edir

25 Aprel 2017 13:59

Qan qrupuna görə insanın xasiyyəti

25 Aprel 2017 13:57

Dolların YENİ MƏZƏNNƏSİ

25 Aprel 2017 13:54

Bakı metrosunda təhlükəsizlik gücləndirilir

25 Aprel 2017 13:52

Parlament Azərbaycanda fiziki şəxslərin "exchange" açmasına imkan verən qanun layihəsini təsdiqləyib

25 Aprel 2017 13:52

Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar

25 Aprel 2017 13:52

Komitə sədri: “İllərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması genefonda mənfi təsir edə bilər”

25 Aprel 2017 13:52

Bakıda əri qardaşı tərəfindən öldürülən qadın ifadə verib: "Mahirin pulu olmadığı üçün məni ona vermək istəmədilər"

25 Aprel 2017 13:51

Metropolitendə təhlükəsizlik gücləndirilir - İslamiada ilə bağlı

25 Aprel 2017 13:49

Məşhur aktrisa keçəl oldu - FOTOLAR

25 Aprel 2017 13:48

"İçerde" yenidən zirvədə - SİYAHI

25 Aprel 2017 13:47

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

25 Aprel 2017 13:47

ETSN-in sektor müdiri: "Qanunsuz fəaliyyət göstərən iki süni balıqçılıq gölü xəbərdarlıqlara məhəl qoymur"

25 Aprel 2017 13:46

Əli Məsimli: "Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır"

25 Aprel 2017 13:46