ECB investorlara xəbərdarlıq edib

ECB investorlara xəbərdarlıq edib
17:52 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Dünya iqtisadiyyatı yenidən "anomal dərəcədə qeyri-müəyyənlik"lə üzləşib. "Report" xəbər verir ki, bu barədə açıqlamanı Avropa Mərkəzi Bankının (ECB) vitse-prezidenti Vitor Konstansio "Reuters" agentliyinə bildirib: "ABŞ-dakı prezident seçkilərinin nəticələri, bir çox analitikin fikrincə, iqtisadi mənfəətə gətirib çıxaracaq. Bu, qısamüddətli perspektivdə mümkündür. Lakin yüksək qeyri-müəyyənliyin yaratdığı real neqativ nəticələr bir müddət sonra görünəcək".
"ABŞ-ın ekspansiv büdcə siyasəti mərhələsinə qədəm qoyması keçən həftə maliyyə bazarlarına müsbət təsir göstərib. Maliyyə bazarları iqtisadi artımın sürətlənəcəyini düşünür. Bu səbəbdən investorlar kapitalını istiqrazlardan səhmlərə yönəldir", - deyən vitse-prezident əlavə edib ki, investorların bu cür qərar verməsi tələsik atılmış addımdır. ABŞ-ın yeni prezidentinin açıqlamaları hələ dünya iqtisadiyyatının artım tempinin sürətlənəcəyi demək deyil.
Konstansionun fikrincə, hazırda dünya iqtisadiyyatının qarşısında olan ən önəmli problem qloballaşmadan proteksionizmə keçiddir: "Proteksionizmin artması qlobal iqtisadiyyatın artım tempinə ciddi zərər vura bilər. Dünya ticarət həcminin onsuz da yavaşlayan həcmi daha da azalaraq ixracdan asılı ölkələrə neqativ təsir edə bilər".
O həmçinin bildirib ki, proteksionist addımlar böyük iqtisadiyyata malik inkişaf etməkdə olan ölkələrin milli valyutalarının devalvasiyasına gətirib çıxara bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ecb-investorlari-nikbin-olmamaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR