Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Prokuror ərini tanışı ilə birgə öldürən qadına cəza istəyib

Prokuror ərini tanışı ilə birgə öldürən qadına cəza istəyib

Date: 14 November 2016 17:52

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdədövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında L.Mahmudovanın 19 il, tanışı S.Məmmədovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəməsnin növbəti iclası noyabrın 17-nə təyin edilib. 
Qeyd edək ki, Kamran Mahmudov ötən il sentyabrın 26-da qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin S. Məmmədov və L. Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S. Məmmədov K. Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K.Mahmudovun isə bizneslə məşğul olub


Tags:  Prokuror ərini tanışı birgə öldürən qadına cəza istəyib

RƏYLƏR


Top news