Akif Çovdarov xarici ölkədən həkim gətirilməsini tələb etdi

Akif Çovdarov xarici ölkədən həkim gətirilməsini tələb etdi
18:05 14 Noyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Çovdarov nazirliyi məhkəməyə verdi (03 Aprel 2017 11:05)
Çovdarov nazirliyi məhkəməyə verdi (03 Aprel 2017 10:49)
“Akif Çovdarov mənə 6 milyon manat ziyan vurub” - YENİLƏNDİ (27 Fevral 2017 18:33)

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı başlayıb.

Milli.Az virtualaz-a istinadən bildirir ki, iclasın başlanmasının təyin olunduğu saat 11-də təqsirləndirilənlərdən zalda yalnız Akif Əliyev var idi, digərlərinin nə özləri, nə də vəkilləri məhkəmədə iştirak edirdilər. Bu səbəbdən, hakim Həbib Həsənov iclası saat 12:30-a təxirə saldı.

Üzünü zalda əyləşənlərə tutaraq, vəkil dedi: "Burada virtualaz.org-dan (haqqin.az-dan) kim var?" Sonra təmsilçi qismində prosesdə iştirak edən bir gəncə üzünü tutaraq, həmin şəxsin zalı tərk etməsini istədi.

"Jurnalist" kimi "ifşa olunmuş" gəncin iclası tərk etməkdən başqa çarəsi qalmadı, amma çıxarkən Kamandar Nəsibovun haqsız olduğunu qeyd etməyi də unutmadı.

Məhkəmə heyətinə etiraz edildi

Fasilədən sonra təqsirləndirilən Akif Çovdarovun vəkilləri çıxış edərək məhkəmə heyətinin tərkibinə etiraz və onun tamamilə dəyişdirilməsini tələb etdiklərini bildirdilər. Səbəb kimi generalın müayinə və müalicəsinə şəraitin yaradılmaması göstərildi.

Hakim Həbib Həsənov bütün prosedur qaydalara riayət olunduğunu və təqsirləndirilənə lazım olan bütün yardımın göstərildiyini dedi.

Əvvəki iclaslarda olduğu kimi, Akif Çovdarvoun müdafiəçilərinin taktikası dəyişməmişdi - nəyin bahasına olursa-olsun, prosesin uzadılmasına nail olmaq.

Bu dəfə də "səhhəti getdikcə pisləşən" Akif Çovdarovun məhkəmədə iştirak edə bilməməsi bəhanəsi gətirildi. Qeyd edək ki, prosesdə həkim müşayiəti ilə iştirak edən general ötən dəfəkindən daha canlı görünürdü və səsi daha gur çıxırdı. Hər halda, skamyada uzanmağa icazə istəmirdi.

Məhkəmənin sədri Həbib Həsənov məhkəmə heyətinin vəsatəti müzakirə etmək üçün müşavirəyə getdiyini bildirdi.

Çovdarov yoxa çıxdı

Kiçik fasilədən sonra vəsatətlə bağlı qəbul edilmiş qərarı oxumaq üçün məhkəmə heyəti zala daxil oldu. Elə bu vaxt nəlum oldu ki, Akif Çovdarov yerində deyil. Bir neçə dəqiqəlik araşdırmadan sonra bildirildi ki, təqsirləndirilən ayaqyoluna gedib.

Prosesdə növbəti fasilə elan edildi.

"Harada yaşayırsan? - Kürdəxanıda"

Nəhayət, saat 14:00-da prosesə sədrlik edən Həbib Həsənov məhkəmə heyətinin tərkibinə etirazla bağlı vəsatət üzrə qərarı oxudu və vəsatətin əsassız olduğunu bildirdi.

Daha sonra hakim təqsirləndirilənlərin anket məlumatlarının dəqiqləşdirilməsinə başladı. İlk baxışdan darıxdırıcı olan bu mərhələdə təqsirləndirilən, Akif Çovdarovun rəhbərlik etdiyi idarənin 1-ci idarəsinin rəhbəri işləmiş Səlim Məmmədovun yumor hissindən məhrum olmadığı üzə çıxdı. Onun anket məlumatları dəqiqləşdirilərkən, hakimin "Harada yaşayırsınız?" sualına S.Məmmədov hazırcavablıqla "Kürdəxanıda" cavabını verdi. Zalda olanların gülüşündən sonra təqsirləndirilənin qeydiyyat ünvanı dəqiqləşdirildi.

Yeni taktika - vəkillərdən imtina

Məhkəmə prosesinin artıq heç cür uzadılmasının mümkün olmadığını görən Akif Çovdarov yeni taktikaya əl atdı. O, ayağa qalxaraq, vəkillərindən imtina etdiyini bildirdi. Vəkilləri şüşə qəfəsə kağız-qələm ötürdükdən sonra general elə iclasın gedişində vəkillərdən imtina ərizəsini yazdı.

Vəkil Kamandar Nəsibov bunu Çovdarovun onların işindən narazı qalması və müvəkkillərini tibbi yardımla təmin edə bilməmələri ilə izah etdi.

Məsələnin mahiyyətini isə Səlim Məmmədovun vəkili açdı. Onun sözlərinə görə, vəkillərdən imtina prosesə yeni vəkilin cəlb olunması deməkdir ki, bu da prosesi daha 1-2 ay geri atacaq. Çünki yeni vəkilin 60 cildlik cinayət işinin materialları ilə tanış olması üçün xeyli vaxt tələb olunur. Vəkil çıxışında xahiş etdi ki, bunun baş veməməsi üçün vəsatət baxılmamış saxlanılsın və Akif Çovdarov özünün tələb etdiyi həkimlər briqadasının tibbi yardımı ilə təmin olunsun.

Burada qeyd etmək yerinə düşər ki, söz alan general Çovdarov iclasın gedişində xarici ölkədən öz puluna gətirtmək istədiyi həkimlər tərəfindən müayinə və müalicə olunmasını istədiyini bildirib.

Qısa fasilədən sonra məhkəmənin sabah, noyabrın 15-i saat 15:00-a qədər təxirə salındığı elan edildi.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vuruldu

01 May 2017 01:48

Vladimir Putin Soçidə xokkey məşqi edib

01 May 2017 01:32

Şedevrli çantalar - FOTO

01 May 2017 01:32

Gəncədə yanğın oldu

01 May 2017 01:29

Goranboyda yol qəzası - Xəsarət alan var

01 May 2017 01:13

Köpək balığı qadına hücum edib

01 May 2017 01:08

Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

01 May 2017 01:07

Kriştian Ronaldonun adını ayağına tatu elətdirdi

01 May 2017 01:06

Bakıxanovda kişi və qadın döyüldü

01 May 2017 00:48

Kolumbiyada bina uçdu - 18 ölü

01 May 2017 00:39

Pis ruhları qovmağa çalışdılar və...

01 May 2017 00:38

Türkiyədə zəlzələ oldu

01 May 2017 00:28

Bakıda sürücü piyada keçidindən keçən kişi və qadını döyüb

01 May 2017 00:17

Qarpız doğrudan da möcüzədir!

01 May 2017 00:12

Astroloji proqnoz - 1 may

01 May 2017 00:08

Şimali Koreya sənəti - FOTO

01 May 2017 00:05

Erməni qızı Azərbaycana qarşı təxribatdan əl çəkmir

01 May 2017 00:05

Günün qoroskopu: köhnə əlaqələri bərpa etmək olar

01 May 2017 00:05

Erməni müğənninin Azərbaycanla bağlı yalanı

01 May 2017 00:04

İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir?

30 Aprel 2017 23:57

Sertifikasiyada hansı müəllimlər olacaq?

30 Aprel 2017 23:52

Yas saxlamaq olarmı?

30 Aprel 2017 23:52

"Terminator" qayıdır

30 Aprel 2017 23:50

Putin hokkey meydançasında məşq etdi - VİDEO

30 Aprel 2017 23:48

“Əl-Torqovı”da “ərəbləşən” restoranlar -FOTO

30 Aprel 2017 23:47

B4 vitamininin faydaları

30 Aprel 2017 23:47

Məşhur aktrisa "açarını itirdi"

30 Aprel 2017 23:44

"Müxalifətə hücumları dayandırın"

30 Aprel 2017 23:42

Xalq təbabəti nədir?

30 Aprel 2017 23:42

Kredit kartının borcunu vaxtında ödəməyən haram yeyir?

30 Aprel 2017 23:37

Gəlinin qohumları toya gələn qonağı bıçaqladı - ZƏRDABDA

30 Aprel 2017 23:33

Məşhur model Mayamini seçdi - FOTO

30 Aprel 2017 23:32

“Shamkir Chess 2017”-in bağlanış mərasimi oldu - FOTO

30 Aprel 2017 23:32

Dənizində 5 miqrantın meyiti tapılıb

30 Aprel 2017 23:29

Land Rover-dən yeni krossover - FOTO

30 Aprel 2017 23:27

35 suala cavab ver, aşiq ol!

30 Aprel 2017 23:23

Mineral suların faydası: içən bilər

30 Aprel 2017 23:22

Məmmədyarov yenə birinci oldu

30 Aprel 2017 23:18

Əlavə çəkidən necə azad olaq?

30 Aprel 2017 23:17

Türkiyədə zəlzələ olub

30 Aprel 2017 23:12

Arıqlamaq istəyənlər kartof və qarğıdalıdan imtina etməlidir

30 Aprel 2017 23:12

Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb

30 Aprel 2017 23:12

II və III ixtisas qruplarının imtahanın nəticələri elan ediləcək

30 Aprel 2017 23:06

Teleaparıcı İnstagram-ın "ən gözəl anası" oldu - FOTO

30 Aprel 2017 23:05