Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Amerika! Obamayla işin qurtardısa, onu bizə ver!"

"Amerika! Obamayla işin qurtardısa, onu bizə ver!"

Tarix: 14 Noyabr 2016 18:05

ABŞ prezidenti Barak Obama yanvar ayında öz prezidentlik fəaliyyətinə son qoyacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsindən sonra Böyük Britaniya vətəndaşları internetdə kampaniya başladıb Obamanı Britaniyaya dəvət edirlər.

Britaniyalılar Barak Obamanı Böyük Britaniyanın baş naziri vəzifəsində görmək istəyirlər.

Tvitter sosial şəbəkəsindı #ObamaforPM (Prime Minister - baş nazir) haştağı ilə minlərlə insan ABŞ prezidentini ölkəsinə çağırır. Ən çox yayılan tvit isə budur: "Amerika! Obamayla işin qurtardısa, onu bizə ver!"

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri vəzifəsini Devid Kemeronun Breksit skandalındakı istefasından sonra Tereza Mey yerinə yetirir.

Milli.Az


Teqlər:  Amerika Obamayla işin qurtardısa onu bizə ver



RƏYLƏR


Top xəbərlər