Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının bəzi ərazilərində bataqlıqlaşma gedir

Bakının bəzi ərazilərində bataqlıqlaşma gedir

Date: 14 November 2016 18:17

"Bakının bəzi yerlərində, eləcə də Masazır ərazisində subasma hadisələri - atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması baş verib".

Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, Binəqədi rayonu ərazisində, Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələrində, Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi" və daş karxanası adlanan ərazilərdə subasma hadisələri müşahidə edilib: "Hazırda həmin ərazilərdə qrunt sularının səviyyəsi yer səthindən yuxarıdır. Evlərin zirzəmisini, həyətyanı sahələri, yolları 20-25 sm-ə qədər su basıb".

R.Həsənov bildirib ki, bəzi yerlərdə artıq bataqlıqlaşma hadisəsi baş verir.

Milli.Az


Tags:  Bakının bəzi ərazilərində bataqlıqlaşma gedir

RƏYLƏR


Top news