"Şəkər xəstəsi olduğunu gizlədən insanlar var"

"Şəkər xəstəsi olduğunu gizlədən insanlar var"
18:17 14 Noyabr 2016
182 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 220 mindən çoxdur. Lakin bu gün də xəstəliyini gizlədən insanlar var. Bu da gələcəkdə xəstəliyin sayında artıma öz təsirini göstərəcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, şəkərli diabetlə bağlı dövlət proqramı hazırlananda ölkədə 56 min xəstə olsa da, proqram qəbul olunduqdan sonra xəstələrin sayı durmadan artıb.

R.Məmmədhəsənov bildirib ki, 2020-ci ildə şəkərli diabet xəstələrinin sayı iki dəfə artacaq və 360 milyon olacaq.

Baş endokrinoloq əlavə edib ki, amputasiya olunan xəstələrin təxminən 25 faizi, korların 30 faizi, hemodializ alan xəstələrin isə təxminən 50 faizi şəkərli diabetdən əziyyət çəkənlərdir: "İnsanların gün boyu qəbul etdiyi qidaların əksəriyyəti karbohidratlardır. Şəkərli diabetdən əziyyət çəkənlərin 10 faizi I tip, yerdə qalanları isə II tip xəstələrdir. II tip şəkərli diabet çox mürəkkəbdir. Bunun ən başlıca səbəbi hipordinamiya (hərəkətsizlik), piylənmə, düzgün olmayan qidalanma və stressdir. Həyat şəraitinin dəyişməsi də bu xəstəliyə zəmin yaradır. İndiki dövrdə insanların həyat tərzi əvvəlki illərə nisbətən fərqlidir. Qlükozanı yandırmaq üçün hərəkət etmək mütləqdir. Bu xəstəlikdə genetik amillər də rol oynayır. Atada şəkərli diabet xəstəliyi varsa, bunun övlada ötürülmə faizi 35, anadan ötürülməsi faizi isə iki dəfə azdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR