Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

23,9 milyard xərcləmişik - BAZARDA

23,9 milyard xərcləmişik - BAZARDA

Ən böyük valyuta ehtiyatlarına malik ölkələr – SİYAHI (18 Fevral 2017 23:27)

Tarix: 14 Noyabr 2016 18:23

Bu ilin yanvar-oktyabr aylarında istehlakçılara 23,9 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox məhsul satılıb.

Publika.az xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,0 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8 faiz artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi (11,9 milyard manatı) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

İqtisadiyyat şöbəsi


Teqlər:  milyard xərcləmişik BAZARDA



RƏYLƏR


Top xəbərlər