Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan: "İlin sonunadək gözləyəcəyik, sonra isə..."

Ərdoğan: "İlin sonunadək gözləyəcəyik, sonra isə..."

Date: 14 November 2016 18:37

Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq.

Trend-in məlumatına görə, bu açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Onun sözlərinə görə, Türkiyənin Aİ-yə qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər.

R.T.Ərdoğan deyib ki, Aİ danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır.

Türkiyə prezidenti bildirib: "Əgər Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir".

Milli.Az


Tags:  Ərdoğan İlin sonunadək gözləyəcəyik sonra isə

RƏYLƏR


Top news