Bakıda keçmiş məhkumlar Pakistan vətəndaşını bıçaqladılar

Bakıda keçmiş məhkumlar Pakistan vətəndaşını bıçaqladılar
18:37 14 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda 20 yaşlı Pakistan vətəndaşı bıçaqlanıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Cavadxan küçəsində baş verib.
Belə ki, 1996-ci il təvvəllüdlü Pakistan vətəndaşı Khan Sami Ullahan həmin küçə ilə hərəkət edən zaman naməlum şəxslər onunla mübahisə ediblər. Nəticədə pakistanlı həmin şəxslər tərəfindən bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlayıb. Məlum olub ki, hadisəni törədən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Zaur Hacıbalayev, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Səbuhi Abdullayevdir. Onlar tutularaq istintaqa təhvil veriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/489352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR