Azərbaycanın müstəqillik tarixində 13-cü FİFA referisi

Azərbaycanın müstəqillik tarixində 13-cü FİFA referisi
18:42 14 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

2017-ci il üçün FIFA referilərinin adları təsdiqlənib. Uzun müddətdən sonra Azərbaycanın FIFA hakimlərinin siyahısında dəyişiklik olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2017-ci  ildən ölkəmizi beynəlxalq arenada Əliyar Ağayev və Rəhim Həsənovla birlikdə Ömər Paşayevin də təmsil edəcəyi təsdiqini tapıb. Paşayev bu siyahıda Orxan Məmmədovu əvəzləyib. 2014-cü ildən FIFA referisi olan Orxan Məmmədov beynəlxalq arenada 9 oyun idarə edib. O, sonuncu dəfə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Domjale" - "Lusitans" matçına təyinat alıb.   

1988-ci il doğumlu Ömər Paşayev 2012-ci ildən Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alır. İngilis və rus dillərini mükəmməl bilir.  

Qeyd edək ki, Ömər Paşayev müstəqil Azərbaycanın tarixində 13-cü FIFA referisidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR