Prezident İlham Əliyev Fələstinli həmkarını təbrik edib

Prezident İlham Əliyev Fələstinli həmkarını təbrik edib
18:44 14 Noyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə təbrik ünvanlayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm”.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR