Barak Obamanın prezidentlikdən sonrakı vəzifəsi

Barak Obamanın prezidentlikdən sonrakı vəzifəsi
18:56 14 Noyabr 2016
238 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-ın 44-cü prezidenti Barak Obama vəzifədən getdikdən sonra “Silikon vadisi”ndə, yüksək texnologiyalar sahəsində işləyə bilər.

Axşam.az-ın “The New York Times” qəzetinə istinadən məlumatına görə, ötən il Obamaya yaxın şəxslər Kaliforniyadakı Yüksək Texnologiyalar Mərkəzinə baş çəkiblər və bir sıra məsələlərlə maraqlanıblar. Buna səbəb isə Barak Obamaya gələcək həyatını planlaşdırmasında kömək etməkdir.

Məlumata əsasən, ABŞ-ın sabit prezidentinin bir çox həmkarları “Uber”, “Amazon”, “GoFundMe” və “Apple” kimi şirkətlərdə işləyirlər. Agentlik həmçinin Obamanın kosmik sahə ilə də maraqlandığını, onun bu sahə üzrə işləyə biləcəyini də qeyd edib.

“Ağ evi”in əməkdaşları isə ölkənin eks rəhbərinin gələcək planlarını şərh etməkdən imtina ediblər. Obamanın keçmiş köməkçisi Fil Larson Barak Obamanı ümumi olaraq texnologiya sahəsilə maraqlanan şəxs kimi xarakterizə edib.

Qeyd edək ki, Barak Obamanın 2009-cu ilin yanvarın 20-dən ABŞ-da prezident vəzifəsinə gəlib və onun prezidentlik müddəti gələn ilin 20 yanvarında başa çatır. O, postu hazırda ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampa təhvil verəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR