Ndlovunun narazı olduğu məşqçi federasiya tərəfindən cəzalandırıldı

Ndlovunun narazı olduğu məşqçi federasiya tərəfindən cəzalandırıldı
19:05 14 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

CAR millisinin baş məşqçisi Efraim Maşaba yerli futbol federasiyası tərəfindən işindən kənarlaşdırılıb. Bunun müvəqqəti, yoxsa daimi olacağı açıqlanmır. Goal.az xəbər verir ki, komandanı Mozambiklə yoldaşlıq görüşünə Ouen da Qama hazırlayacaq. Maşabanın cəzalandırılmasına səbəb DÇ-2018 seçmə mərhələsində Seneqala qarşı oyundan sonra (2:1) CAR Futbol Federasiyasını tənqid etməsidir. İki turdan sonra CAR millisi Burkina-Faso ilə birlikdə D qrupunun lideridir.

Qeyd edək ki, "Qarabağ"ın şərəfini qoruyan Dino Ndlovu Maşabanın baş məşqçi olacağı müddətdə millidə oynamaqdan imtina etdiyini açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR