Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İranın Azərbaycandakı səfiri Naxçıvana səfər edib

İranın Azərbaycandakı səfiri Naxçıvana səfər edib

Keçmiş səfir: "Prezident İlham Əliyevin İrana səfəri əbədi dostluğun əlamətidir" (05 Mart 2017 18:52)
Yaponiyanın Azərbaycandakı səfiri diplomatik missiyasını martda başa vuracaq (27 Fevral 2017 13:22)
Ermənistanın baş naziri İrana gedir (22 Fevral 2017 14:42)

Tarix: 14 Noyabr 2016 19:07

Bakı. 14 noyabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Naxçıvan Muxtar Respublikasına səfər edib.
İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tanışlıq xarakteri daşıyan səfər çərçivəsində səfir Naxşıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb.
Ali Məclisin Sədri qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, dövlət başçıları tərəfindən Azərbaycan-İran əlaqələrinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib, səfirə gələcək işlərində uğurlar arzulayıb.
Cavad Cahangirzadə səmimi qəbula görə minnətdarlıq edib, ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvanın əhəmiyyətini vurğulayıb. Səfir Naxçıvan Muxtar Respublikasının inkişafı və qorunub saxlanılması sahəsində görülən işləri yüksək qiymətləndirib, bunun əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.
Xatırladaq ki, səfir İranın Naxçıvandakı baş konsulluğuna da baş çəkəcək.

Teqlər:  İranın Azərbaycandakı səfiri Naxçıvana səfər edib



RƏYLƏR


Top xəbərlər