Bakıda FLAGS adlı moda müsabiqəsi keçirildi - FOTO

Bakıda FLAGS adlı moda müsabiqəsi keçirildi - FOTO
19:22 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Art production"  FLAGS adlı moda müsabiqəsini həyata keçirdi. Modelyerlər  dünya ölkələrinin bayraqları ilə yanaşı, multikulturalizm üslubunda qeyri-adi əl işlərini kiçik modellər üzərində həyata keçirdilər. Qaliblər münsiflər heyətinin və tamaşaçıların verdiyi ballar əsasında müəyyənləşdirildi.

Münsiflər heyətində  Ramina Abbasova, Dinara Amrahova, Məryəm Əlibəyli, Stilist Samir Aliyev, Nura Suri və Elza Seyidcahan kimi tanınmış simalar vardı. Gecənin aparıcısı Seyran Babayev idi.

Qaliblər Türkiyənin İstanbul şəhərinə 4 günlük istirahətə göndərildilər.

1-ci yerin sahibi Abbas Hacılı, modelyeri Zülfüqarlı Nərmin, 2-ci yerin sahibi İsmayılov Fərhad,  modelyeri  Məmmədli Aysel və 3-cü yerin sahibi Mehdizadə Bəhruzə, modelyeri Zülfüqarlı Nərmin idi.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/489379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR