Ermənistana sonuncu xəbərdarlıq

Ermənistana sonuncu xəbərdarlıq
19:32 14 Noyabr 2016
629 Ölkə
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, bu ilin aprel ayında Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq göstərərək düşmən üzərində şanlı qələbə qazandı, Füzuli, Cəbrayıl və Ağdərədə işğal altında olan 2000 hektardan çox ərazini işğalçılardan azad etdi. Bu uğurlu əks-hücum əməliyyatları düşmənə yerini göstərdi, erməni işğalçılarının özləri haqqında uydurduqları "yenilməz ordu" mifini alt-üst etdi.

Noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən döyüşdə fərqlənmiş hərbi qulluqçularla görüşündə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də aprel döyüşlərindən danışdı. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır.

Prezident vurğuladı ki, işğal edilmiş torpaqlarda, o cümlədən Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Dövlət başçısı qətiyyətlə bildirdi ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq:

"Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var".

Dünya bu həqiqəti qəbul etməlidir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Hərbçilərimiz öz torpağımızdadır, özgə torpağına soxulmayıblar. Azərbaycan prezidenti əminliklə bildirdi ki, biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik:

"Aprel döyüşləri bunu bir daha sübut etdi. ...Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq".

Son illərdə Azərbaycan Silahlı Qüvvələrinin gücləndiyi göz qabağındadır. Ordumuz müasir silah-sursatlarla təmin olunub. Yerli, beynəlxalq standartlara cavab verən silahlar istehsal olunur, eyni zamanda ixrac edilir. Maliyyə baxımından isə ordumuzun heç bir çətinliyi yoxdur. Dövlət başçısı da vurğuladı ki, ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq.

Lakin Ermənistanın hərbi sahəsində vəziyyət acınacaqlıdır. Ölkə başqalarının yardımına möhtacdır. Həmçinin, Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağda məskunlaşan ermənilər ən aşağı yoxulluq həddində yaşayırlar. Azərbaycan prezidenti bütünlükdə bu məqama da toxundu:

"Aprel döyüşlərindən sonra növbəti tapşırıqlar verildi, maliyyə vəsaiti ayrıldı. Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənistan isə başqasının yardımına möhtacdır. Başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir. Dünya da bilir. ...Xarici yardım olmadan onlar nəinki işğal edə, heç tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edibdir. Yəni biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq".

Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Ermənistan rəhbərliyinə xəbərdarlıq da etdi:

"Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq".

Bəxtiyar Hacıyev
Trend

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiyanın bir hissəsində fövqəladə vəziyyət elan olundu

27 İyun 2017 09:28

Arda Turan sevgilisi ilə öpüşərkən kameralara düşdü - FOTO

27 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 158 dəfə pozub

27 İyun 2017 09:27

Bakı-Banqkok reysi açılır - Azərbaycana nələr verəcək?

27 İyun 2017 09:22

Min bir dərdin dərmanı

27 İyun 2017 09:22

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 09:13

Azərbaycanlı gəncin ideyasını

27 İyun 2017 09:10

Koroğlu metrostansiyası yaxınlığındakı parkda bıçaqlanma olub

27 İyun 2017 09:07

Rusiyanın Zabaykalye vilayətində meşələr yanır

27 İyun 2017 09:05

Əhli-beyti sevdiyi üçün şəhid edilənlər

27 İyun 2017 09:05

Yaponiya, ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcəklər

27 İyun 2017 08:58

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

27 İyun 2017 08:57

Müsəbbihat surələri hansılardır?

27 İyun 2017 08:57

“Senatın Rusiya və İrana qarşı qərarı ABŞ-ın öhdəliklərinə ziddir” - Əli Laricani

27 İyun 2017 08:52

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

27 İyun 2017 08:52

Microsoft tarixində ən böyük məlumat sızıntısı baş verdi

27 İyun 2017 08:52

Salyanda "Vaz" və "Shacman" toqquşub: yaralı var

27 İyun 2017 08:50

Allahı necə zikr etmək lazımdır?

27 İyun 2017 08:47

60 saniyəyə 47 acı bibər yedi - TARİXƏ DÜŞDÜ - VİDEO

27 İyun 2017 08:43

iPhone 8-in canlı-qanlı ilk görüntüsü sızdırıldı - FOTO

27 İyun 2017 08:42

Bakıda 6 otaqlı ev yandı

27 İyun 2017 08:37

Zərih nədir?

27 İyun 2017 08:37

Yəməndə hava zərbələri: 9 ölü

27 İyun 2017 08:32

Türbət nədir?

27 İyun 2017 08:32

Rumıniyada yeni baş nazir təyin olunub

27 İyun 2017 08:32

Tramp kibertəhlüksizliklə bağlı komissiya yaratdı

27 İyun 2017 08:32

Salyanda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər yaralanıb

27 İyun 2017 08:27

Qəzzadan İsraiə raket atılıb

27 İyun 2017 08:22

İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurub

27 İyun 2017 08:22

Əməkdaşlar Kalanikin qayıtmasını istədi - "UBER"də ÜSYAN

27 İyun 2017 08:22

Yəmənin mərkəzi bombalandı - 9 ölü

27 İyun 2017 08:18

Nigeriyada silsilə teraktlar: 9 nəfər ölüb

27 İyun 2017 08:17

Cənazəni tabutun içində dəfn etmək olarmı?

27 İyun 2017 08:17

“Google” Rusiyada açıldı

27 İyun 2017 08:12

Beyləqanda yanğın olub

27 İyun 2017 08:12

Körpənin saçlarını nə zaman qırxmaq olar?

27 İyun 2017 08:12

Braziliya prezidenti korrupsiyada suçlanır

27 İyun 2017 08:12

Rus hakerlər britaniyalı məmurların parollarını oğurladı

27 İyun 2017 08:12

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

27 İyun 2017 08:01

Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdı - FOTO

27 İyun 2017 07:57

FTB-nin yeni direkroru Rey olacaq?

27 İyun 2017 07:52

“Əgər sevgilim müsəlman olsa...” - FOTO

27 İyun 2017 07:52

“App Store”da qlobal təmizlik aparılacaq

27 İyun 2017 07:52

Ağ Ev: "Tramp ABŞ-ın dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir"

27 İyun 2017 07:48

Azərbaycanlı kafedə namaz qıldığına görə cərimələnib

27 İyun 2017 07:47

Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib

27 İyun 2017 07:47

Bakıda taksi yaşlı qadını vurdu

27 İyun 2017 07:47

Vaşinqtonda Trans-Xəzər Forumu Azərbaycan və regionumuzun strateji əhəmiyyətini işıqlandırıb (FOTO)

27 İyun 2017 07:43

İlk döndərilən yumşaq robot hazırlanıb

27 İyun 2017 07:42

Laricani Rusiyanı müdafiə etdi

27 İyun 2017 07:39