Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Telekom” Azərbaycan Super Liqasının II turunda da qələbə qazanıb

“Telekom” Azərbaycan Super Liqasının II turunda da qələbə qazanıb

Azərbaycan çempionatında son tur: Qızıl medal kimin olacaq? (27 Mart 2017 09:52)
"Real"dan çətin səfər qələbəsi (19 Mart 2017 01:00)
"Kəpəz"in "qolu bükülmür" - VİDEO (18 Mart 2017 20:07)

Tarix: 14 Noyabr 2016 19:35

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II turunda "Telekom" komandası səfərdə "Azerreyl" ilə qarşılaşıb. "Telekom" bu oyunda 3:2 hesabı ilə qalib gəlib.
 
Oyunun ilk iki seti bərabər mübarizədə keçsədə, hər iki set 26:24 hesabı ilə "Azərreyl"in xeyrinə bitib.
 
Üçüncü setdə qonaqlar ruhdan düşməyərək, toparlanaraq 25:20 hesabı ilə inamlı qələbə qazanıb. "Telekom" oyunun 4-cü setində üstünlüyü daha da artıraraq 25:14 hesabı ilə rəqibi üstələyib.
 
Gərgin mübarizə şəraitində keçən 5-ci set 13:15 bitərək "Telekom" komandasına "Azərreyl" üzərində 3:2 hesabı ilə qələbə qazandırıb.
 
"Telekomun" bu oyunda ən məhsuldar oyunçuları Marqarita Əzizova (18 xal), Yelizaveta Səmədova (15 xal) və Jovana Vesoviç (14 xal) oldular.
 
Turun digər qarşılaşmasında "Azəryol" "Lokomotiv" üzərində 3:0 (25:16, 25:11, 25:15) hesabı ilə qalib gəlib.
 
Xatırladaq ki, ilk turda "Telekom" "Azəryol" komandasını 3:1 hesabı ilə məğlub etmişdi. 



Teqlər:  Telekom Azərbaycan Super Liqasının II turunda qələbə qazanıb



RƏYLƏR


Top xəbərlər