Bu günədək ölkə üzrə 64 min ton pambıq yığılıb

Bu günədək ölkə üzrə 64 min ton pambıq yığılıb
19:39 14 Noyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 14-dək ölkə üzrə pambıq tədarükü 64 min 149,3 ton təşkil edib. Bu isə 2015-ci il noyabrın 16-dək olan göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur (31 min 248 ton). Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Dövlət Statistika Komitəsindən bildirilib ki,  pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 9525 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 6747,6 ton, İmişlidə 6417 ton, Ağcabədidə 6325 ton, Sabirabadda 6058 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR