Milli Qəhrəman Cəmil Niftəliyevin xatirəsi anıldı - FOTO

Milli Qəhrəman Cəmil Niftəliyevin xatirəsi anıldı  - FOTO
19:47 14 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 saylı məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Cəmil Niftəliyevin xatirəsinə həsr olunmuş gecə keçirilib.

Milli.Az bildirir ki, Rayon İH-dən Trend-ə verilən məlumata görə, gecədə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, C.Niftəliyevin ailə üzvləri və məktəb kollektivi iştirak edib.

Əvvəl təhsil ocağının həyətində Cəmil Niftəliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov, Müharibə veteranları və şəhid ailələri İB-nin sədri M.Heydərov, 233 saylı məktəbin direktoru G.Bəbirova C.Niftəliyevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıblar. Qeyd olunub ki, C.Niftəliyev kimi vətənpərvər insanların şərəfli həyat yolu böyüməkdə olan nəsillər üçün əsl həyat məktəbi və qürur mənbəyidir.

Tədbirin ikinci hissəsində qəhrəmanın adını daşıyan məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. İştirakçılar xatirə gecəsindən dərin təəssüratlarla ayrılıblar.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR