SOCAR insan resurslarına həsr edilmiş beynəlxalq forumda iştirak edib

SOCAR insan resurslarına həsr edilmiş beynəlxalq forumda iştirak edib
19:52 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ SOCAR-ın İnsan Resursları Departamenti “PAŞA Həyat” şirkətinin təşkilatçılığı ilə keçirilmiş İnsan Resursları Beynəlxalq Forumunda iştirak edib.
"Report"un SOCAR-a istinadən verdiyi məlumata görə, Departamentin rəisi Asif Bəkirli forumun əsas mövzusu - beynəlxaq təcrübənin yerli şirkətlərdə tətbiq olunmaqla insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasından danışaraq, SOCAR-ın bu sahədə təcrübəsini iştirakçılarla bölüşüb. O, ilk öncə insan resurslarının (İR) informasiya texnologiyaları (İT) ilə inteqrasiyasının şirkətlərdə məlumatların təhlükəsizliyinin təmin edilməsi, sürətli İR hesabatları və analizlərinin aparılması, şəffaflığın təmin edilməsi, işçilərə şəxsi platformadan istifadə, məlumatların çevik yenilənməsi və vahid məlumat bazasının formalaşdırması kimi üstünlüklər yaradıldığını qeyd edib, son illərdə SOCAR-da bu istiqamətdə aparılan işlərdən söz açıb. Qeyd olunub ki, işə qəbul və testləşdirmə sahəsində tam olaraq avtomatlaşdırmış sistemə keçidlə yanaşı, işçilərlə əlaqələrin effektiv şəkildə təşkil edilməsi məqsədilə İnsan Resursları Portalının və müxtəlif kadr əməliyyatları və hesabatlarının həyata keçirilməsi üçün beynəlxalq şirkət olan SAP HR modulu SOCAR-da istifadə edilir. Daha sonra SOCAR-da tətbiqinə yeni başlanmış SAP şirkətinin yeni proqram tətbiqi olan İnsan Resurslarının Transformasiyası proqramı haqqında da məlumat verilib. A.Bəkirli bildirib ki, yeni modulun tətbiqi ilə SOCAR-da işə qəbul, testləşdirmə, karyera inkişafı, işçilərlə əlaqələr kimi mövcud İR prosesləri ilə yanaşı, səriştəliliklərin idarəedilməsi, şirkətin yüksək əhəmiyyətli vəzifələri üçün davamçı işçilərin hazırlanması, xidməti fəaliyyətin qiymətləndirilməsi və işçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi kimi yeni proseslər də əlavə edilməklə İR funksiyaları tam şəkildə avtomatlaşdırılacaq. 
Forumda müxtəlif şirkət və təşkilatlardan insan resursları və əlaqəli sahələr üzrə 400 nəfər dinləyici iştirak edib, SOCAR, "Azercell", "Deloitte Azerbaijan", "Access Bank" və beynəlxalq qurumlardan "Adler Central Europe", "TMA Method International", "Kare HR Consultacy", "Korn Ferry Hay Group" kimi şirkətlərin bu sahədə təcrübəsindən bəhs edən təqdimatlar dinlənilib.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-insan-resurslarina-hesr-edilmis-beynelxalq-forumda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR