Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

''ASAN könüllü”ləri SOCAR-da təcrübə keçəcəklər

''ASAN könüllü”ləri SOCAR-da təcrübə keçəcəklər

Date: 14 November 2016 19:57

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış “ASAN könüllülərin SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə əməkdaşlıq Sazişi”nin icrası məqsədi ilə Master 2 layihəsi çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil edilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, İnsan Resursları Departamentində təşkil edilən test imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş “ASAN könüllü”lərinin məntiqi təfəkkürü yoxlanılıb. İmtahanlar zamanı könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt verilib. İmtahanda hər bir test tapşırığı 1 balla qiymətləndirilib və səhv cavablar düzgün cavablara təsir etməyib. İmtahan zamanı “ASAN könüllü”sü ona ayrılan vaxtdan istifadə edərək test imtahanını bitirdikdən dərhal sonra əyləşdiyi kompüterin monitorundan avtomatik olaraq topladığı bal haqqında məlumat alıb. 
Test imtahanından müvəffəqiyyətlə keçən könüllülər yaxın zamanda müsabiqənin növbəti mərhələsinə - müsahibəyə dəvət olunacaqlar. Ödənişsiz istehsalat təcrübəsi müddətində fərqlənən könüllülərə təcrübə bitdikdən sonra SOCAR-ın müvafiq sertifikatları təqdim ediləcək.                              




Tags:  ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər


RƏYLƏR


Top news