Cəbhədən İrəvana mesaj, Qarabağda Rusiya-İsrail... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Cəbhədən İrəvana mesaj, Qarabağda Rusiya-İsrail... - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 14 Noyabr 2016
450 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun irimiqyaslı təlimləri davam edir. Rusiya prezidenti Vladimir Putin Şərqi Avropanın iki ölkəsində “çevriliş”ə nail oldu. ABŞ-ın yeni prezidenti Donald Tramp Vaşinqtonun Suriya rejimi ilə bağlı siyasətini dəyişdirəcəyi mesajı verib. Suriyanın strateji əhəmiyyətli Əl-Bab şəhərinin İŞİD-dən azad edilməsi üçün keçiriləcək əməliyyatın son mərhələsi başlayır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb.

Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Azərbaycan Ordusunun irimiqyaslı təlimləri davam edir - FOTO/VİDEO

Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

“Bloomberg” nəşri Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlama ehtimalını qiymətləndirib. Nəşr qeyd edir ki, Azərbaycan və Ermənistan texniki nöqteyi-nəzərdən müharibəyə hazırdır”.

“Bloomberg” yazıb ki, Qarabağda Rusiyanın “İsgəndər”ləri ilə İsrailin "Dron"ları üz-üzə gələcək: “Ermənistan və Azərbaycan aprel müharibəsindən sonra öz hərbi güclərini artırmaq istiqamətində addımlar atdılar. Ermənistan Rusiyadan “İsgəndər”lər aldı (hansı ki, bu raketlərin Gümrüdəki rus bazasına məxsus olduğu aydındır), Azərbaycan isə İsraildən "Dron"larını öz hərbi arsenalına daxil edir, həmçinin Pakistandan yüksəktexnologiyalı silahları idxal etməyi düşünür”.

London institutunun ekspertləri nəşrə bildiriblər ki, Qarabağda ciddi partlayış təhlükəsi mövcuddur.

Qarabağda “İsgəndər”lə “Dron”ların müharibəsi başlayır

Rusiya prezidenti Vladimir Putin isə Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqda sərəncam verib.
Qeyd edək ki, Vahid Ordu Birləşmələrinin fəaliyyəti ilkin olaraq beş il müddətində nəzərdə tutur. Bu birləşmənin rəhbəri iki ölkə prezidentləri tərəfindən təyin olunur. Dinc şəraitdə birləşmiş ordu Ermənistanın Baş Qərargahına tabe olacaq. Müharibə şəraitində isə tabeçilik birbaşa Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə keçəcək.

Rusiya Ermənistana 6 ədəd “Smerç” reaktiv artilleriya sistemi və 6 ədəd TOS-1A ("Solnçepyok") ağır od püskürmə sistemi verəcək. Bu barədə informasiya Rusiyanın Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında yer alıb.

Hesabata əsasən, Ermənistan bu “Smerç” sistemlərinə görə Rusiyaya 60 milyon dollar, “Solnçepyok”a görə isə 40 milyon dollar ödəməlidir. Bu il İrəvan Rusiyadan “Tiqr” tankları və İqla-S zenit-raket kompleksləri də alacaq. Bu silahların hamısı İrəvana Moskvanın bir neçə ay öncə ayırdığı 200 milyon dollar kredit sayəsində veriləcək.

Tramp faktoru və cəbhədən İrəvana Qarabağ XƏBƏRDARLIĞI

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən şənbə günü cəbhə bölgəsinə səfər etdi. Ali Baş Komandanın səfəri bölgədə sosial-iqtisadi infrastrukturun yaradılması ilə yanaşı, həm də düşmənə mesaj idi.

"Lragir" saytı Azərbaycan Prezidentinin cəbhəyə hərbi formada səfərinə diqqət çəkərək, Ermənistan prezidentinin qorxaq olduğunu yazıb.

Tramp faktoru və cəbhədən İrəvana Qarabağ XƏBƏRDARLIĞI

Ali Baş Komandanın səfəri bölgədə sosial-iqtisadi infrastrukturun yaradılması ilə yanaşı, həm də düşmənə mesaj idi.

ABŞ-ın yeni prezidenti seçilən Donald Trampın bu günlərdə verdiyi bəyanatlar gündəmdə yerini qoruyub saxlayır.

Donald Tramp “Wall Street Journal” müsahibəsində Suriya ilə bağlı siyasətini açıqlayıb.Vaşinqtonun Suriyadakı ən böyük rəqibi Rusiya ilə əməkdaşlıq edəcəyini bildirən Tramp rejimə qarşı döyüşən müxalifət güclərinə yardımı kəsə biləcəyinə eyham vurub.

“Rusiya ilə müharibə olacaq, əgər...” – ŞOK XƏBƏRDARLIQ

ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp “Wall Street Journal” müsahibəsində Suriya ilə bağlı siyasətini açıqlayıb.

Donald Tramp ölkəsinin Yaxın Şərq siyasətini tənqid edib. İlk müsahibəsini CBS kanalına verən Tramp ABŞ-ın Yaxın Şərqdə “terrorla mübarizə” adı altında 6 trilyon dollar xərclədiyini deyib.

“Bu pulla ölkəmizi başdan ayağa iki dəfə qurardıq. Yollarımıza, körpülərimizə, tunellərimizə və hava limanlarımıza baxın, çoxu köhnəlib”, - milyarder bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki Donald Tramp inauqurasiya (andiçmə) mərasiminə kimi (2017-ci il yanvarın 20-si – red.) Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

“Bilmirəm, Rusiya prezidenti və Tramp arasında inaqurasiyaya qədər hansısa əlaqələr olacaqmı? Mənə bu məlum deyil, amma, əlbəttə ki, bunu istisna etmək olmaz. Təbrik müraciəti artıq göndərilib”, - Peskov deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya ABŞ-la normal münasibətlər axtarışındadır və problemlərin dialoq yolu ilə həllinə ümid edir.

Klintona seçki zərbəsi

Prezident seçkilərində Donald Trampa uduzan ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton əri, keçmiş prezident Bill Klintondan ayrılır.

“Christian Times Newspaper” nəşrinin yazdığına görə, xanım Klinton boşanma üçün sənədlərinin artıq məhkəməyə verib. “Christian Times Newspaper” sübut olaraq boşanma haqqında iddia ərizəsinin şəklini dərc edib. Lakin nəşr iddianın məhz nə vaxt qaldırıldığını bildirməyib.

“Christian Times Newspaper” iddia edir ki, cütlük çoxdan ayrı-ayrı yaşayır. Boşanma onların mülk mübahisələrini nizama salmalıdır.

“Bordo beretli”lər İŞİD-in əlindəki şəhərə girdi

İŞİD terror qruplaşmasının əlindəki Suriyanın Əl-Bab şəhərinə Türkiyə Silahlı Qüvvələrin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) irəliləyişi davam edir.

Suriya Türkman Məclisinin xarici əlaqələr üzrə məsul şəxsi Əbdürrəhman Mustafa ASO güclərinin Əl-Babın 2-3 kilometrliyinə qədər yaxınlaşdığını bildirib. ASO-ya dəstək verən Türkiyə xüsusi təyinatlılarının (“Bordo beretli”) kəşfiyyat qruplarının Əl-Babın ətrafına sızdığı, strateji hədəfləri müəyyən edərək işarələməyə başladığı bildirilir.

Son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları “Fərat Qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in Əl-Bab bölgəsindəki mövqelərinə zərbələr endirib. Nəticədə, İŞİD-ə aid 10 müdafiə mövqeyi, 2 komanda mərkəzi, 2 qərargah və bir silah-sursat anbarı məhv edilib.

İŞİD-lə qarşıdurmalarda ASO-ya aid 9 döyüşçü həyatını itirib.

İŞİD Avropaya “klassik qaçqınlar” göndərir – ŞOK SSENARİ

Almaniyanın “Die Welt” nəşri kəşfiyyatdakı mənbələrə istinadən yazıb ki, qaçqın adı altında maskalanan İŞİD terror təşkilatının yeni döyüşçülərinin Avropaya keçmə təhlükəsi yüksək olaraq qalır.

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) əmindir ki, İŞİD öz döyüşçülərini Avropada sığınacaq almağa hazırlayır. BND oktyabrın sonunda sübutlar əldə edib ki, İŞİD öz döyüşçülərinə məqsədyönlü şəkildə “klassik qaçqın” olmaq yollarını, həmçinin polislə söhbət zamanı özünü necə aparmağı və sığınacaqlara müraciət etməyi öyrədir.

İŞİD Avropaya “klassik qaçqınlar” göndərir – ŞOK SSENARİ

Qaçqın adı altında maskalanan İŞİD terror təşkilatının yeni döyüşçülərinin Avropaya keçmə təhlükəsi yüksək olaraq qalır.

Bolqarıstanda prezident seçkilərində Rusiyayönlü namizəd Rumen Radev qalib gəlib. Rusiyayönlü digər bir namizəd - İqor Dodon Moldovada prezident seçkilərinin qalibi olub. Sosialistlər partiyasının lideri dövlət başçısı kimi birinci səfərini Rusiyaya edəcək.

Saakaşvilinin daha bir silahdaşı istefa verdi

Ukraynada “gürcü islahatçıları”nın sıraları getdikcə seyrəlir. Bu gün Ukrayna Milli Polisinin başçısı Xatiya Dekanoidze istefa haqqında ərizə yazıb.

“Obozrevatel” şəxsi mənbələrə istinad edib və hələ rəsmi məlumat yoxdur. Nəşrin informasiyasına əsasən, Xatiya Dekanoidzeni müvəqqəti olaraq onun birinci müavini Vadim Troyan əvəz edəcək.

Qeyd edək, “gürcü islahatçıları”nın istefası noyabrın 7-də başlanıb. İlk olaraq Odessa vilayətinin polis rəisi Giorgi Lortkipanidze, noyabrın 8-də vilayətin qubernatoru, Gürcüstan sabiq prezidenti Mixail Saakaşvili, noyabrın 14-də isə Odessa gömrüyünün başçısı Yuliya Maruşevskaya istefa verib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Jurnalisti qladiator və “satqın” sayanların cığallığı

25 İyul 2017 10:53

İspaniyalı hücumçu "Arsenal"dan getmək istəyir

25 İyul 2017 10:52

Səfir: "Azərbaycan xalqının səbri tükənməkdədir"

25 İyul 2017 10:52

Ruhi Əliyeva həyatı haqqında GİZLİ FAKTLARI AÇIQLADI - Əkizləri ilə YENİ FOTO

25 İyul 2017 10:48

"Səbail” Türkiyədə darmdağın oldu

25 İyul 2017 10:47

“Qəbələ” - “Panatinaikos” matçının başlama saatı

25 İyul 2017 10:47

Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərin imtahana buraxılış vərəqəsinin çapına başlanılıb

25 İyul 2017 10:47

Millimizin üzvü erməni futbolçu ilə eyni komandada

25 İyul 2017 10:47

Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi

25 İyul 2017 10:47

Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir

25 İyul 2017 10:44

DTX onu İspaniyada həbs edərək bakıya gətirdi

25 İyul 2017 10:44

Polis rəisinin insanların başına min oyun açan arvadından YENİ XƏBƏR

25 İyul 2017 10:43

Rusiya həbsxanalarında nə qədər azərbaycanlı var?

25 İyul 2017 10:42

“Xəndək barrikada” təlimləri yekunlaşdı

25 İyul 2017 10:40

® Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

25 İyul 2017 10:39

Abituriyent: İxtisas seçimində BUNLARA DİQQƏT!

25 İyul 2017 10:38

Şimali Koreya yaxın 6 gündə yenə raket buraxacaq

25 İyul 2017 10:37

DTX Azərbaycan bankından 3,7 milyon manat vəsait oğurlamış beynəlxalq kibercinayətkar qrupun üzvlərini ifşa edib

25 İyul 2017 10:37

Keçmiş polis rəisinin arvadı apellyasiya şikayəti verib

25 İyul 2017 10:37

Yeni “Firefox” versiyası eyni anda 1500-dən çox tab-vərəqə açır

25 İyul 2017 10:35

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

25 İyul 2017 10:35

Valideynlərinə nəzərinə: övladınızda bu xəstəlik varsa...- VİDEO

25 İyul 2017 10:33

"Mümkün deyil" dedikləri başlarına gəldi:

25 İyul 2017 10:32

"Əkizlərimi çətinliklə dünyaya gətirdim" - Ruhi

25 İyul 2017 10:27

Pomidorun qiymətinin artmaması üçün hökumətdən QƏRİBƏ ADDIM - FOTO

25 İyul 2017 10:23

İnsanların vəhşicəsinə öldürülüb qurban edilməsilə bağlı DƏHŞƏTLİ 10 AYİN

25 İyul 2017 10:23

"Bakcell" yeni fakturalı "Klass" tariflərini açıqlayıb

25 İyul 2017 10:22

SAMUXDA DƏHŞƏT: Qaynana ilə oğlu gəlini bu hala saldı...

25 İyul 2017 10:20

Serenay Sarıkaya TƏNGƏ GƏLDİ - FOTO

25 İyul 2017 10:18

Şəhriyar ikinci dəfə evləndi - FOTO

25 İyul 2017 10:17

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO

25 İyul 2017 10:14

Xoşbəxt evliliyin sirrini açıqladılar

25 İyul 2017 10:13

Azərbaycanda iki qızı zorlayanların hökmü dəyişmədi

25 İyul 2017 10:12

Neft bahalaşmaqda davam edir

25 İyul 2017 10:10

Rəqsanənin keçmiş sevgilisinin istəyi reallaşmadı - ZORLAMA İTTİHAMI

25 İyul 2017 10:09

Türk prezident ABŞ-ı İTTİHAM ETDİ

25 İyul 2017 10:08

Proqnoz: Dollar 65 rubla qədər bahalaşa bilər

25 İyul 2017 10:07

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

25 İyul 2017 10:07

Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - VİDEO

25 İyul 2017 10:05

Dəniz Yılmazın transfer qiyməti açıqlandı

25 İyul 2017 10:05

Mətbəxdə işinizi asanlaşdıracaq bilmədiyiniz 25 QIZIL QAYDA

25 İyul 2017 10:03

Dövlət İmtahan Mərkəzi sığortaçı seçir

25 İyul 2017 10:02

Samuxda RƏZALƏT: qaynana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar

25 İyul 2017 09:59

CƏBHƏDƏ GƏRGİNLİK: Ermənilər 4 mərmi atdı

25 İyul 2017 09:58

Məcburi köçkün olan müəllimi didərgin salıblar - Sumqayıtda

25 İyul 2017 09:57

Azərbaycanda diplomatik missiyasını başa vuran Tacikistan səfiri vətəninə qayıdıb

25 İyul 2017 09:57

Ermənilər yenə dinc dayanmadı - CƏBHƏDƏ GƏRGİNLİK

25 İyul 2017 09:53

Xaçmazda aptek və ev yandı

25 İyul 2017 09:52

Samuxda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib

25 İyul 2017 09:52

Kerimcanın plastik əməliyyatlardan öncəki FOTOları yayıldı

25 İyul 2017 09:52