Diaspor rəhbəri Lüksemburq Parlamentinin vitse-prezidenti ilə görüşüb

Diaspor rəhbəri Lüksemburq Parlamentinin vitse-prezidenti ilə görüşüb
20:12 14 Noyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Benilüks Azərbaycanlılar Konqresinin (BAK) prezidenti Sahil Qasımov Lüksemburq Parlamentinin I vitse-prezidenti Laurent Mosar ilə görüşüb. 
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, BAK sədri Laurent Mosarla bu ölkədə yaşayan və işləyən soydaşlarımızın vəziyyəti, onların cəmiyyətə inteqrasiyası, eyni zamanda Azərbaycan haqqında müzakirələr aparıb.
Görüşdə, həmçinin Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupu üzvlərinin dekabr ayında bu ölkəyə gözlənilən səfəri də müzakirə olunub. Bildirilib ki, nümayəndə heyəti Lüksemburqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə dair müzakirələr aparmaq, bir sıra əhəmiyyətli görüşlər keçirmək niyyətindədir.
Sahil Qasımovu görüşdə Lüksemburq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Lüksemburq Xalq Sosialist Partiyasının nümayəndəsi Jacque Henckes və BAK prezidentinin mətbuat üzrə məsləhətçisi Xatirə Abdullazadə müşayiət edib.
Qeyd edək ki, mərkəzi qərargahı Brüsseldə yerləşən BAK sıralarında Belçika, Niderland və Lüksemburqda yaşayan soydaşlarımızı birləşdirir. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini Avropada yaymaq, yerli ictimaiyyəti Dağlıq Qarabağ məsələsi barədə məlumatlandırmaq və soydaşlarımızın yaşadıqları ölkələrdə inteqrasiyasına dəstək göstərməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/diaspor-rehberi-luksemburq-parlamentinin-vitse-prezidenti-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR