Bakıda 3 otaqlı evdə yanğın olub

Bakıda 3 otaqlı evdə yanğın olub
20:17 14 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə, mətbəxin yanar konstruksiyaları və əşyaları 6 m2 sahədə yanıb, yüksək temperaturdan hamamın və dəhlizin lambirdən ibarət tavanı 8 m2 sahədə əriyib.

Milli.Az FHN-ə istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/489394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR