Bloomberg: Donald Tramp "Bazel IV" bank standartlarını əngəlləyə bilər

Bloomberg: Donald Tramp "Bazel IV" bank standartlarını əngəlləyə bilər
20:32 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Donald Trampın ABŞ prezidenti seçilməsi banklara milyardlarla dollar vəsaitə qənaət etməyə imkan verəcək. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu ilin sonuna qədər banklara nəzarət üzrə Bazel komitəsi bankların kapitalı, risk qiymətləndirilməsi və s. normativlər üzrə beynəlxalq standartların işlənmiş yeni variantını təqdim etməlidir. Bu günə qədər yeni bir bank böhranını əngəlləmək üçün ABŞ bu normativlərin daha da sərtləşdirilməsini istəyib, Avropa və Yaponiya isə daha yumşaq variantı dəstəkləyib. 
D.Trampın maliyyə sektorunun tənzimlənməsi ilə bağlı bəyanatları isə onun ümumiyyətlə, Bazel IV standartlarını tam inkar edə biləcəyini və ya onun ABŞ-da tətbiqini uzadacağını ehtimal etməyə əsas verir. Analitiklər bildirirlər ki, belə olduğu halda Avropa ABŞ-ın addımlarını izləyə bilər.
Almaniyanın "Scope Ratings" reyting agentliyindən Sam Theodore deyib ki,  D.Trampa qədər Bazel IV standartlarını yumşaldmaq nəzərdə tutulub. 
Şotlandiyanın RBS bankının sədri Howard Davies isə bildirib ki, ilin sonuna qədər yeni standartlar qəbul olunsa, Donald Tramp administrasiyası ona əngəl olmağa imkan tapmaya bilər: "Amma, yeni qaydaların tətbiqi illərlə uzana bilər." 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bloomberg-donald-tramp-bazel-iv-bank-standartlarini-engelleye-biler1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR