Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alındı

Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alındı

Date: 14 November 2016 20:58

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar.

Publika.az xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən Report-a verilən məlumata görə, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz döv­riy­yə­dən çıx­arıl­ıb.

Belə ki, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılan axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunub.

Cəlilabad rayonu, Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olan siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Tags:  Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alındı

RƏYLƏR


Top news