Avropada türk törəmələri - MACARLAR - VİDEO

Avropada türk törəmələri - MACARLAR - VİDEO
21:05 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

APA TV-nin "Səsli tarix" layihəsinin növbəti buraxılışı xalqların tarixi köçü dövründə Avropaya köç etmiş türk tayfalarının qitə xalqlarının soykökünün formalaşmasında oynadığı rola həsr olunub. Bu proses macar millətinin timsalında özünü daha qabarıq göstərir, macarların etnik soykökünün bütün mərhələlərində türk tayfaları - skiflər, iskitlər, hunlar, peçeneklər, qıpçaqlar böyük rol oynayıblar. Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədli "Avropalı türklər" adlandıra biləcəyimiz macarların tarixinə dair maraqlı faktları təqdim edir.

Skiflərin, iskitlərin törəməsi olan türklər - MACARLAR
 

Macarların Turan eşqi, turançılıq ideyası haradan gəlir? Bunu öyrənmək üçün macarların soykökünə diqqət yetirmək və bugünkü macarların vəziyyətinə baxmaq lazımdır. Təbii ki, hər bir xalq ayna olan tarixinə baxaraq hərəkət etmək məcburiyyətindədir. Rus və digər slavyan dillərində macarlara venqr, hunqr deyirlər, türk dillərində onların adı macar və ya madyar formasında işlənir. Hazırda macar etnosu adı altında Yer kürəsində 15 milyona yaxın əhali yaşayır. Azərbaycan türklərinin Qafqazdakı tarixini "cavanlaşdırmaq" istəyirlər, qonşu xalqlar da macarların bugünkü Macarıstan ərazisindəki tarixini "cavanlaşdırmaq", hətta IX əsrə gətirib çıxarmaq istəyirlər. İngilis tarixçisi, salnaməçi, yazar Bartolomeos yazır ki, indi hunqur adlanan tayfalar Pannoniya, yəni bugünkü Macarıstanın nüvəsini təşkil edən ərazidə hələ eradan əvvəl yaşamışdılar. Onları skif adlandırırdılar. Bibliyada yer alan "Qoq və Maqoq" əfsanəsində deyilir ki, macarlar Maqoqun törəmələridir  və maqar, yəni macar adlanırlar. Sonrakı dönəmdə bugünkü macarların soykökündə dayanan ən qədim qat təbii ki, iskit qatıdır. Yunan tarixçilərinin qeyd etdiyi kimi, iskitlər at südü içən və əppək yeyən millətdir.
 
Rossini: Macarların ataları türk, anaları uqor olub
 
İndiki Macarıstan ərazisində növbəti türk dalğası təbii ki, hunlarla başlayır. Mənbələrdə qeyd olunduğu kimi, 375-ci ildən Avropanın içərisinə doğru başlayan xalqların böyük köçü zamanı hunların böyük hissəsi indiki Transilvaniya və Pannoniya ərazisində məskunlaşıblar. Bir versiyaya görə, venqr sözü hun adı ilə bağlıdır. Yəni, onların öz dilində Macarıstan sözü hunqari kimi səslənir, bu söz "hun" və "uqor" sözlərindən yaranıb. Macar türkoloqu Rossini çox orijinal bir fikir səsləndirir - bugünkü macarların ataları türklər, anaları isə uqorlardır. Uqorlarla türklər arasında fərqlilik axtarmaq o qədər də düzgün deyil. Hər ikisi nostratik dil ailəsində Altay-Ural dil ailəsində birləşən qohum xalqlardır. Hunların Avropada məskunlaşması sadəcə indiki Macarıstan ərazisi ilə məhdudlaşmayıb. Atillanın ölümündən sonra həmin hunqorlar Qara dəniz sahillərinə, eyni zamanda Xəzər sahillərinə qədər irəliləmişdilər. Bunu isə başqa bir mənbə, İsidor qeyd etmişdi. Bu gün də Gürcüstanın Qara dəniz sahillərində onların adını daşıyan Onoqoris yaşayış məskəni var. Təbii ki, xalqlar öz izlərini daha çox toponimlərdə qoruyub saxlayırlar.
 
Macarların soykökündə bulqar və avar izləri
 
Macarların soykökünün formalaşmasında hun qatından sonra hun-uqor qatı yer alır. Növbəti mərhələ isə bulqarların adı ilə bağlıdır. Bugünkü macar dilində əkinçilik, kənd təsərrüfatı alətlərinin əksəriyyəti məhz bulqar türkcəsindədir. Hunlardan sonra bölgədə yerləşən türk xalqı avarlardır. Avarların Avropaya gəlişi Bizans mənbələrində qeyd edilir. Qeyd edilir ki, avarlar uca boyları, hörükləri, hörüklərinə bağladıqları lentlə Atilla dövrünün hunlarını xatırladırlar. Bizans sarayında avarları heç də isti qarşılamadılar. Bu isə avarların daha çox Sasanilərlə dostluq əlaqələri yaratmasına səbəb olur. Onlar hətta Sasanilərin apardığı bir neçə müharibədə də iştirak edirlər. Bizansın əlində olan ərazilər faktiki olaraq avarların əlinə keçir.
 
Dinin milləti məğlub etməsinə örnək: Katolik dini avarları almana çevirdi
 
Avarların sonradan almanlaşma prosesi daha çox onların katolik dinini qəbul etməsi ilə bağlı idi. Nəyə görə məhz katolik dinini qəbul etdilər? Bu, avarların Böyük Karla məğlub olmasından sonra baş verir. O zamanın mənbələrinin yazdığına görə, avarlar yaşayan Pannoniya ərazisində yüzlərlə kilsə inşa edilir. Və həmin avarlar get-gedə almanlaşdılar. Bu isə gələcəkdə həmin ərazidə Habsburqlar sülaləsinin hakimiyyətə gəlməsinə şərait yaratdı. Yəqin ki, buna görə slavyan mənbələrində belə bir atalar sözü var - "Pogi boşa oki obri", yəni avarlar kimi yoxa çıxdı. Avarların yoxa çıxmasının əsas səbəblərindən biri bu xalqın məhz alman missionerləri tərəfindən xristianlaşdırılması oldu.
 
Macarların soykökündə peçenek və qıpçaq izləri
 
İndiki Macarıstan ərazisinə növbəti türk axını peçeneklərin adı ilə bağlıdır. Peçeneklərin gəlişindən sonra Macarıstan ərazisində yaşayan tayfalar hazırda sekey adlanır. Həmin sekeylərdən ayrılmış başqa bir qolun adı isə çannodur. Bəzi mənbələr bunu cinni formasında yazır. Cinni sözü bugünkü Azərbaycan türklərinin toponimlərdə qorunub saxlanıb. Peçeneklərdən sonrakı ən güclü türk dalğası təbii ki, qıpçaqlarla bağlıdır. 1239-cu ildə monqollarla döyüşdən sonra Kotyan xanın başçılıq etdiyi qıpçaq ordusu Macarıstan ərazisinə daxil olur. Macar kralı Kotyan xanın qızı ilə evlənir. Bəzi mənbələrdə onun adı İştvan, bəzilərində Stefan, bəzilərində də IV Belan formasında işlənir. Macarıstanın Kartsaq şəhərində bugün də macar kralı ilə qıpçaq xanı Kotyan xanın heykəli var. Bu iki birləşmiş qüvvə nəinki ölkəni qismən də olsa, müxtəlif basqınlardan qoruya bilir, hətta macar kralının yüksəlişinə səbəb olur. Qıpçaqlardan qalan Kartsaq şəhəri eyni zamanda aşağı və yuxarı Qıpçaqıstan formasında da işlənir, yəni Nad Kunşaq, dış Kunşaq. Bu adlar qışlaq, yaylaq mənasını da ifadə edə bilər. Qıpçaqıstan çox böyük ərazini əhatə edirdi, indiki Pannoniya və Transilvaniya ərazisində yerləşirdi. Macarların içərisində assimilyasiya olunan qıpçaqları bugün digər macarlardan ayırd etmək üçün onların Kun soyadını daşıdığına diqqət etmək lazımdır. Ad və soyadında Kun sözü olan macarlar qıpçaq kökənlidir.
 
Din və siyasət Avropaya köç edən müxtəlif türk tayfalarını necə "yedi?"
 
Bəs türk tayfalarının sonrakı taleyi necə oldu? Müxtəlif xristian cərəyanların burada möhkəmlənməsi və xüsusilə də katolikliyin güclənməsi həmin türk tayfalarının get-gedə qonşu xalqlar içərisində əriməsinə səbəb oldu. Buna rəğmən millətdə gen yaddaşı qorunub saxlanıb. Sonrakı mərhələdə Avropada xristian-müsəlman qarşıdurması təəssüf ki, eyni qandan gələn iki dövlətin - macarlarla osmanlıların, yəni, Şuxnaydi ilə Osmanlı sultanlarının toqquşmasına gətirib çıxarır. Macarlar əslində qan qardaşları ilə üz-üzə gəldiklərini nə zaman dərk etdilər? 1848- ci ildə Habsburqlar sülaləsinin idarəçiliyi altında olan macarlar çox böyük üsyan qaldırdılar. Sanki kim olduqlarını anlamağa başladılar. Onların Şandor Petefi adlı bir şairi vardı, o, "Azadlıq carçısı" adlanırdı. Bu şair kökünün Turandan gəldiyini gözəl dərk edirdi. Üsyanın başçılarından biri Layoş Koşut idi. Üsyan rus qoşunları tərəfindən yatırıldıqdan sonra bu şəxs məhz Osmanlıda sığınacaq tapmışdı. Vaxtilə macarların qılıncı hesabına yaranmış Habsburqlar imperiyası 1848-ci il hadisələrindən sonra bir çox ərazilərini itirdi. Məsələn, bəzi ərazilər Xorvatiya, Sloveniya adları ilə Habsburqların nəzarətindən çıxdılar.
 
I Dünya müharibəsi illərində yenə macarlar osmanlılar bir cəbhədə vuruşurdu. Bu müharibədə Avstriya-Macarıstan məğlub olandan sonra macarların sözün əsl mənasında faciəli həyatları başlayır. İstər macarların nüvəsini təşkil edən Pannoniya, digər tərəfdən Transilvaniya Rumıniyaya birləşdirildi. Bu zaman dünyanın gözü önündə faciəli hadisələr baş verir. Nəinki, milli soyqırımı aparılır, eyni zamanda tarixi izlər silinir. Rumın diktatoru Çauşesku tərəfindən Transilvaniyada olan bütün macar qəbiristanlıqları demək olar ki, darmadağın edilmişdi. Çox güman ki, buna görə Transilvaniyada yaşayan macarların inzibati mərkəzi olan Timişoarada üsyan başlayır. Bu üsyan da Çauşeskunun məhvi ilə nəticələnmişdi.
 
Türkologiya elminə töhfə vermiş macarlar: Nemet, Fodor, Biro...
 
Macarlar dünya türkologiya elminə nə veriblər? Burada ilk növbədə Nemetin adını çəkməliyik. Onun türkologiyaya dair yüzlərlə əsəri var. Son dövrlər macarların türklərlə  qohumluğuna dair Kartsaqda böyümüş Bayandur və Pol Fodor adlı məşhur türkoloqun (bir çox tarixçilər onu macarların İlbər Ortaylısı adlandırırlar) və bu ənənələri davam etdirən, Turan qurultayının əsas təşkilatçılarında biri olan Andreas Bironun adlarını çəkmək lazımdır. Bugünkü macar dilində yüzlərlə türk sözləri var. Məsələn, bu gün bizim dilimizdə işlənməyən, dialektdə qalan tepşi, alma sözləri macarlarda qalır.
 
İstər antropoloqlar, istər genetiklər bugünkü macar xalqının formalaşmasında türklərin rolunu etiraf edirlər. Rossininin dili ilə desək, bugünkü macarların ataları türklər, anaları ilə uqorlardır. Təbii ki, tarixi proses zamanı bugünkü macar xalqının etnogenezində almanlar və slavyan tayfaları da iştirak ediblər. Çox cüzi şəkildə roman dilli tayfalar da bu prosesdə iştirak edə bilər. Lakin mən bunu istisna edirəm. Çünki romanlar daha çox pravoslav təriqətinə mənsubdurlar. Macar millətinin formalaşmasında əsas nüvə türklər, uqorlar və qismən alman, eləcə də slavyan tayfaları olub.
 
Tarixi mənbələr: Macarlar xristianlıqdan çox şaman inancına tapınırlar
 
Belə bir klassik ifadə var:  hər hansı xalq hansı dini qəbul etməsindən asılı olmayaraq həmin dinə öz mentalitetini həkk etdirir. Osmanlı-macar qarşıdurmaları dövründə belə Osmanlı mənbələrində macarların xristianlıqdan çox şaman olduqları barədə məlumat verilir. Bugünkü macarların özlərində də şamançılıq elementləri qalmaqda davam edir. Məsələn, odla arınma macarlarda da var, bizim Novruz bayramımızda da var, eyni zamanda avarlar və bulqarlarda da müşahidə edilib, sonradan slavyanlara keçib. Çövkan oyunu bugünkü macarlarda da var. Bu isə onların atlı xalq olduğunu göstərir. Bizans mənbələrinin əksəriyyəti nə venqr adını çəkir, nə də mader adını çəkir. Bütün Bizans mənbələri birmənalı şəkildə bugünkü macarların əcdadlarından söhbət açılarkən onları türk adlandırır. İstər xristianlığa, istərsə də islamaqədərki, hətta buddizməqədərki türk inancları bugünkü macarların inanclarında çox böyük faiz təşkil edir. Bu isə birbaşa onların qan yaddaşından gələn təsəvvürlərdir.
 
Türk xalqları macar dövlətçiliyinə də təsir göstərib. 18-ci ildə qurulmuş dövlətdə Kun soyadını daşıyan bugünkü macarlar yüzdə yüz qıpçaqların törəmələridir. O dövləti quranlardan biri də Bela Kun adı ilə tanınırdı. Bu gün Kun, eyni zamanda Bayandur soyadını daşıyan minlərlə macar var ki, onların türk əsilli olmasını danmaq mümkün deyil. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan prokurorluğunun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

22 İyul 2017 12:57

Neymar PSJ-də: fantastik transfer, 322 milyonluq müqavilə

22 İyul 2017 12:57

Bakıda universitet binası yanır

22 İyul 2017 12:54

Mağazaya müştəri kimi girən hamilə qadının oğurluq anı - VİDEO - FOTO

22 İyul 2017 12:52

Bu da Məryəmin yeni sevgilisi

22 İyul 2017 12:51

Ronaldu ilə yazışan türk qız: "Bakirəlik mənim üçün çox önəmlidir" - FOTOlar

22 İyul 2017 12:47

Bakıda universitet binasında yanğın başlayıb

22 İyul 2017 12:47

Sabahın HAVASI: şimşək, yağış...

22 İyul 2017 12:43

"Şerif" klubunun "Qarabağ"la oyun üçün Bakıya səfər proqramı açıqlanıb

22 İyul 2017 12:42

Azərbaycanda hava kəskin soyuyacaq

22 İyul 2017 12:42

Bakıda Universitetdə GÜCLÜ YANĞIN

22 İyul 2017 12:38

Güclü külək əsəcək, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ

22 İyul 2017 12:37

Bakıda universitet binasında yanğın başladı

22 İyul 2017 12:37

Yeni doğulan körpələr daha çox nədən ölür? - Baş pediatr açıqladı

22 İyul 2017 12:37

Yeni dron iki rejimdə uçacaq

22 İyul 2017 12:35

Süni intellekt bədən “dil”ini başa düşəcək

22 İyul 2017 12:35

Bakıda 30 yaşlı qadın iki uşağı ilə yoxa çıxıb – MÜRACİƏT

22 İyul 2017 12:34

Bakıda tikinti şirkətinin ağacları qanunsuz kəsməsi ilə bağlı cinayət işi başlanılıb

22 İyul 2017 12:32

Azərbaycanda havanın temperaturu aşağı enəcək, şimşək çaxacaq, yağış yağacaq

22 İyul 2017 12:32

Müxbir həyatını itirdi

22 İyul 2017 12:32

Bazar günü hava necə olacaq? - PROQZNOZ

22 İyul 2017 12:29

“WhatsApp”da silinən mesajları geri qaytarmaq

22 İyul 2017 12:29

Prezident İlham Əliyevin yüzlərlə ailəyə xoşbəxtlik bəxş etdiyi an FOTOLARDA

22 İyul 2017 12:28

“Qarabağ” -“Şerif” matçının hakimləri müəyyənləşdi

22 İyul 2017 12:27

Əflatun Amaşov Zərdabinin büstünü ziyarət edib

22 İyul 2017 12:24

Könül Xasıyeva GÖZ YAŞLARINA boğuldu - FOTO

22 İyul 2017 12:23

“3 adam” Acunla yollarını ayırdı

22 İyul 2017 12:23

Şəkidə maşın xəndəyə düşdü - VİDEO - FOTO

22 İyul 2017 12:22

Evlilik verilişindəki Naz: "50 mindən çox qonorar versələr, soyunaram" - FOTO

22 İyul 2017 12:17

"Qarpız kababı"nın hazırlanması

22 İyul 2017 12:17

Çində bina çökdü

22 İyul 2017 12:14

Almaniya qaçıb gizlənmiş azərbaycanlı jurnalisti deportasiya edir

22 İyul 2017 12:12

Paytaxtın mərkəzində kütləvi dava - Faiq Seyidov təfərrüatları danışdı - VİDEO - FOTO

22 İyul 2017 12:12

İlk dəfə hər iki qolu transplantasiya olan uşaq

22 İyul 2017 12:10

“Qəbələ” hazırlığa Varşavada başladı

22 İyul 2017 12:09

ABŞ ordusu Əfqanıstana zərbə endirdi

22 İyul 2017 12:09

Nüvə müharibəsinə HAZIRLIQ: ABŞ mümkün ssenarini AÇIQLADI - VİDEO

22 İyul 2017 12:08

“Qarabağ”-“Şerif” oyununu idarə edəcək hakimlərin adları açıqlanıb

22 İyul 2017 12:07

Qadın yeniyetməni 500 dəfədən çox intim münasibətə məcbur etdi, tutuldu - FOTO

22 İyul 2017 12:05

Sumqayıtda parklardan gülləri oğurlayan şəxs tutuldu - FOTO - VİDEO

22 İyul 2017 12:05

173 nəfərlik “ÖLÜM QRUPU”: Dünyanı qan gölünə çevrimək üçün YOLA ÇIXDI

22 İyul 2017 12:03

İnsanların başına gələn ən dəhşətli hadisələr

22 İyul 2017 12:00

"YARAT Freestyle" proqramı çərçivəsində yoqa festivalı keçiriləcək

22 İyul 2017 11:57

ABŞ-ın generalı Putinin əsas “kozır”ını açıqladı

22 İyul 2017 11:53

Həyata 1-0 məğlub başladı: yeni doğulan körpəni zibilliyə atdılar - Türkiyədə - VİDEO - FOTO

22 İyul 2017 11:52

Məcburi köçkünlər yeni binalara köçürülür

22 İyul 2017 11:48

Xarici donorlar tərəfindən publik hüquqi şəxslərə qrant verilməsi qaydası müəyyənləşdi

22 İyul 2017 11:47

"Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

22 İyul 2017 11:47

Milli Mətbuat Günü - 142 il

22 İyul 2017 11:47

Əmrə Can "Yuventus"un radarında

22 İyul 2017 11:42