Şüyüd çayının 5 FAYDASI

Şüyüd çayının 5 FAYDASI
21:17 14 Noyabr 2016
386 Ölkə
Ölkə mətbuatı
A- A+

Qədim zamanlardan şüyüd müalicəvi məqsədlərlə çox geniş istifadə olunurdu.

Milli.Az publika.az-a istinadən bildirir ki, şüyüddən çox faydalı müalicəvi çay hazırlamaq olar.

Şüyüd çayını hazırlamaq çox asandır. Bunun üçün 1 x.q. xırda doğranmış şüyüd 1 stəkan isti (qaynar yox!) suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Çaya bal və limon əlavə etmək olar. Bu çayın faydasını daha da artırır.
Sizə şüyüd çayının 5 faydasını təqdim edirik:
- həzmi yaxşılaşdırır, köpdən azad edir, qəbizlik zamanı kömək edir
- orqanizmi ziyanlı maddələrdən təmizləyir
- təzyqi aşağı salır
- nəfəs yollarını mikroblardan və selikdən təmizləyir
- sidikqovucu təsir edir, sidik yolları təmizləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/488538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR