Hər gün 5 şabalıd yeməyin 7 FAYDASI

Hər gün 5 şabalıd yeməyin 7 FAYDASI
21:17 14 Noyabr 2016
598 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabalıd çox faydalı, diyetik, müalicəvi məhsul sayılır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir.

Qidalanma üzrə mütəxəssislər müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Hər gün 5 şabalıd yeməyin faydaları:
- damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir
- ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır
- sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur
- qanda xolesterolun səviyyəsini aşağı salır
- qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini aşağı salır
- mübadilə prosesləri yaxşılaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/488750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR