Xalq artisti, müğənni Nisə Qasımovanın nəvəsi qızıl medal qazanıb.
Publika.az xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb.
Müğənni bildirib ki, nəvəsi İtaliyada qaydasız döyüş üzrə keçirilən yarışda birinci yeri tutub:
“Nəvəm Pərviz birinci yeri tutub, qızıl medal qazanıb. Çox sevinirəm və onu təbrik edirəm. Bu sevinc ən böyük sevincdi. Allah övladlarımızı qorusun”.
Nisə Qasımova ailə qurmayıb, onun doğma övladı yoxdur. Müğənni
açıqlamalarında qardaşının övladını saxladığını, ona nəvə dediyini
bildirib.