Napoleonun əvəzinə ölən adam - Avropa hökmdarı dar ağacından necə qaçıb? - SİRLİ TARİX

Napoleonun əvəzinə ölən adam - Avropa hökmdarı dar ağacından necə qaçıb? - SİRLİ TARİX
21:42 14 Noyabr 2016
121 Maraqlı
Ölkə mətbuatı
A- A+

İrlandiyalılar Napoleonun atının skeletini tələb edir (20 Fevral 2017 20:28)

Avropanın hökmdarı - onu məhz belə adlandırırdılar -1821-ci ilin 5 may tarixində Müqəddəs Yelena adasında tənha öldü. Bu ölüm Fransa inqilabından sonra onun qılıncı altında dirçələn və özünün intibah dövrünü yaşayan Avropada Bonapart epoxasının sonu idi. Lakin doğrudanmı bu epoxa məhz XIX əsrin bir yaz günündə başa çatmışdı? "Napoleonun oxşarının sirri" manşetləri ilə rastlaşanda tarixin dərin qatlarında gizlənmiş gizlinlər boylanmağa başlayır.

Milli.Az publika.az-a istinadən Napoleon Bonapartın ölümdən necə qaçdığı haqda araşdırmanı təqdim edir.

Yakobinlərin hakimiyyəti, Jironda rejimi, Direktoriya, Konsulluq və nəhayət, Napoleon imperiyası. 1789-cu ildə dünya tarixinin gedişini dəyişdirən Fransa inqilabı Napoleon imperiyasında tamamilə başqa mahiyyət aldı. Artıq ölkəyə, eləcə də Avropaya Bonapartlar ailəsi rəhbərlik edirdi. Avropanı ayaqları altına alan bu bəstəboy korsikalı (Korsika: Napolenonun vətəni olan Fransa əyaləti) dünyaya ağalıq iddiasına düşdü. Soyuq Rusiyaya hücum, 1812-ci ildə qanlı Borodino döyüşü və əldən düşmüş imperiya ordusunun Avropaya qayıdışı ona dünya ağalığını nəsib etmədi. Lakin bəstəboy adam iddiasından əl çəkmirdi. Nəhayət, 1815-ci il Voterlo döyüşündə məğlub oldu və Müqəddəs Yelana adasına ölüm sürgününə göndərildi. Bəstəboy korsikalı burada da dinc dayanmadı. Qaçış yollarının araşdırılması, bonapartçıların təklif etdiyi planlar...

"Napoleonun oxşarının sirri" də buradan başlayır. Napoleon hələ taxtda olanda onun gizli "bonapartizm" təşkilatı tərəfindən imperatorun oxşarlarının axtarışına başlanılır. İmperatorun əmri ilə aparılan axtarışlarda dörd oxşar tapılır. Oxşarların taleyi müxtəlif cür oldu: biri atdan düşərək şikəst oldu; biri ağlını itirdi; biri isə uzun müddət imperatoru müşaiyət edirdi. Hətta 1814-cü il məğlubiyyətindən sonra Elba adasına sürgün olunan Napoleonun yanında idi və adada müəmmalı şəkildə öldürüldü.

İmperator Elba sürgünündən qaçaraq yenidən Fransanın başına keçməyi bacardı. Lakin cəmi 100 gün sonra Voterlo döyüşündə məğlub olaraq, Müqəddəs Yelena adasına sürgün edildi və 1821-ci ilin 5 may tarixində öldü. Burada dördüncü oxşar yada düşür. O, Napoleon ordusunun kapralı olan Ejen Robo idi. Hansı ki, 1821-ci il 5 may tarixində Napoleonun yerinə ölən adam...

Voterlo döyüşündə məğlub olan imperator Yelena adasına sürgün ediləndən sonra heç kimə lazım olmayan Ejen Robo Baleykur kəndində öz evinə qayıdır. Sakit kənd həyatı yeksənək olaraq axıb gedirdi. 1818-ci ildə isə Baleykurda nəsə qeyri-adi hadisə baş verdi: Robonın komasına təmtəraqlı kareta yaxınlaşır və karetadan düşən adam bir neçə saat komada qaldıqdan sonra kəndi tərk edir. Robo qonşularına danışırdı ki, gələn adam ondan dovşan almaq istəyib, sonra da onu ova çıxmaq üçün uzun müddət dilə tutub, lakin o razılaşmayıb.

Bir neçə gün keçir və Robo bacısı ilə kənddən yoxa çıxır. Uzun müddətdən sonra Napoleonu devirmiş hakimiyyət onun oxşarını - Robonu axtarmağa başlayır. Nəticədə, yalnız onun bacısını tapırlar. Bu kasıb kənd qızı Nant şəhərində cah-cəlal içində yaşayırdı. O bildirir ki, guya pulu ona qardaşı verib, özü isə uzaq səfərə yola düşüb, amma ünvanının hara olduğunu bilmir.

"Matrosların yanında işə girdi və uzaq səfər yola düşdü, haradasa dənizlərdə üzür..." - "dublikat" Bonapartın varlanmış bacısı deyir.

Axtarışlar heç bir nəticə vermədi, Robo sanki yerin dibinə batmışdı...

Beləliklə Napoleonun ölümü haqda əfsanələr yarandı. Təxminlər belədir ki, Napoleon oxşarı Ejen Robonu öz əvəzinə Müqəddəs Yelena adasında qoyaraq qaçmağı bacarıb. Şübhələri artıran maraqlı məqamlardan biri belədir: kardinal Jozef Fuşe (Fransa inqilabından sonra bütün hakimiyyətlərdə polis naziri olmuş, Napoleondan sonra qısa müddət ölkəni idarə etmiş ən təhlükəli adam - alman yazıçısı Stefan Sveyq "Jozef Fuşe - Siyasi xadimin portreti" əsərində bu kardinalı belə xarakterizə edir) və imperatorun anası Letisiya Napoleonun 1818-19-cu illərdə qaçmağı bacardığına əmin olduqları üçün, adaya birinci dərəcəli həkim göndərməkdən imtina etdilər. Əvəzində gənc həkim Françesko Antommarçini göndərdilər. Övladlarından heç nəyi əsirgəməyən Letisiya Bonapart böyük oğlunun oxşarının müalicəsinə pul xərcləmək istəmirdi.

Bu nəzəriyyənin tərəfdarlarından olan T.Uillera "Kim burada dincəlir. Napoleonun son illəri haqda yeni tədqiqat" (Nyu-York-1974) kitabında yazır ki, Napoleon Elbadan qaçışla təcrübə əldə etmişdi.

"Elbadan qaçışın sirləri açılmadığı üçün onu Müqəddəs Yelena adasında da təkrarladılar. Napoleon kimi insanın öz taleyi ilə barışdığına inanmaq olmaz. O, adanı tərk etməyə qərar verdi, lakin elə etdi ki, həbsxana gözətçiləri onun qaçışından şübhələnmədilər", - deyə müəllif yazır.

Bonapartçılar Napoleona bir neçə dəfə qaçış təklifi etmişdi. Onlardan biri imperatorun keçmiş misirli məşuqəsi Polina Fures idi. O, Napoleondan ayrılandan sonra ər tapdı - əvvəlcə Santenderdə (İspaniya), daha sonra Qotenburqda konsul olan istefa çıxmış zabit Ranşu Anri. 1816-cı ildə Polina öz məşuqu ilə Rio-de-Janeyroya gəlir və orada Napoleonun xilası üçün nəzərdə tutduğu gəmini alır. Bu cəhdi uğursuz alınsa da, o, Braziliyada digər bonapartçılarla birlikdə hərəkət etməyə davam etdi. İmperatorun keçmiş məşuqu 1869-cu il martın 18-də öldü.

Napoleonun tərəfdarları müxtəlif təklif irəli sürürdülər. Misal üçün, Fulton sualtı gəmisi ilə qaçış planı variantlardan biri idi. Lakin taxtdan salınmış imperator bütün təklifləri rədd edirdi. Görünür, ehtiyatda başqa, daha etibarlı variant var idi.

Maraqlıdır ki, Müqəddəs Yelena adasına sürgün olunandan sonra Napoleonu tez-tez görməyə gələn həkimlər, rəssamlar, yaxud səyahətçilər var idi. Bu görüşlər 1918-ci ilə qədər davam etdi. Lakin həmin tarixdən 1821-ci ilə qədər Napoleon heç kimlə təmas qurmamışdı.

Ejen Robonun sirli itməsinə qayıdaq...

İtaliyanın Verona şəhərində Revar adlı fransız peyda olur. O, kiçik mağazada Petruççi adlı tacirlə ortaq olur.

Həmin vaxt Müqəddəs Yelena adasında məşhur əsirdə də qəfil qəribəliklər müşahidə olunmağa başlayır. O, unutqan olur, öz həyatı ilə bağlı faktları yaddan çıxarır və yazı xətti ciddi şəkildə dəyişir. Özü kökəlir. Rəsmi hakimiyyət bunu Allahın bəlası hesab edir.

Veronada peyda olan fransız Revar da qəribəlikləri ilə diqqəti cəlb edir: o, nadir hallarda öz mağazasında görünür, küçəyə ümumiyyətlə çıxmır. Qonşular qeyd edir ki, gəlmə fransız Napoleonun portretlərinə çox oxşayırdı. Buna görə ona "İmperator" ləqəbini verirlər.
Revar ona edilən müraciətlərə təmkin və təbəssümlə cavab verirdi. Ticarətə gəlincə, Petruççinin sözlərinə görə, ortağının bu işdə kiçik də olsa heç bir istedadı yox idi. O, dəyən zərərə görə məyus olmur, pula laqeydlik göstərir.

Bir neçə il belə davam edir. 1821-ci ilin 5 mayında Müqəddəs Yelena adasında Napoleon Bonapart rəsmən ölür. Və 1823-cü ilin 23 sentyabrında Napoleona iki damcı su kimi bənzəyən Revar mağazanı ataraq Veronanı tərk edir. Bu, qəribə şəraitdə baş verdi.

Günorta saatlarında mağazanın qapısı döyüldü. Həmin vaxt hər iki ortaq içəridə idi. Gələn xidmətçi ortaqlardan birinin Revar olduğuna əmin olandan sonra ona surğuc çapı ilə bərkidilmiş məktubu verdi. Revar məktubu oxuyub Petruççiyə həyəcanla bildirdi ki, o, təcili getməlidir və yığışmaq üçün evə yollandı.

Saat ikidən sonra o qayıtdı. Əşyaları kareta yüklənmişdi. Revar öz ortağı ilə vidalaşaraq, ona zərf qoydu: əgər üç ay ərzində o qayıtmayacaqsa, Petruççi məktubu təyinatı üzrə çatdırmalı idi. Karetin tıqqıltısı daş yolda eşidilməz olanda Petruççi zərfin üzərinə baxdı. Orada yazılmışdı: "Əlahəzrət Fransa kralına".

Nə üç ay sonra, nə də heç vaxt Revar Veronaya qayıtmır. Petruççi Parisə yola düşür və məktubu Fransa kralına təqdim edir. Onu mükafatlandırırlar.Petruççi baş verənlər haqda 30 il susdu. Bu müddətdən sonra o, danışmağa başladı: onun beş il ortağı olmuş Revar Napoleon Bonapartın özü idi. Petruççi bu dediklərini vəzifəli şəxslər və şahidlər önündə imzaladı.

***

Bunu əfsanə adlandıranlar da var. Lakin Ejen Robun doğma kəndində kilsədəki kitabda yazılanlar əfsanə ehtimallarını zəiflədir.

"Fransua Ejen Robo 1771-ci ildə bu kənddə doğuldu. Müqəddəs Yelena adasında öldü". Kitabdan ölüm tarixi silinmişdi.

Napoleon Müqəddəs Yelena adasında olarkən, onun adada yaşayan ən yaxın ətrafı 1817-1818-ci illərdə müxtəlif bəhanələrlə oranı tərk etməyə başlamışdı. 1819-cu ildə adada yalnız daha əvvəl yaşamış fransızlar qalmışdı. Bu da şübhəli məqamlardandır.

Napoleonun bəzi bioqrafları imperatoru arvadı ilə birlikdə sürgündə də müşaiyət edən general Bertrandın 1918-ci il 25 avqust tarixli məktubunu ortaya çıxarıblar.

Məktubun kimə yazıldığı məlum deyil. Lakin orada qəribə fraza var idi: "Qələbə, qələbə! Napoleon adanı tərk etdi".

Bu qəribə məktubun yazıldığı tarixdə adaya Amerika istehsalı olan sürətli gəmi yaxınlaşır. Ehtimal olunur ki, Ejen Robo adaya həmin gəmi ilə gəlib. Napoleon da o gəmidə adanı tərk edib.

Napoleon Veronaya gedəndən sonra Robo ilə əlaqə saxlamağa davam edir. Ehtimal ki, imperator əsil vəsiyyətini adaya adyutantı ilə göndərib.

Adada ölən adamın Napoleon olmadığı ehtimalını artıran məsələlərdən biri də tabutun böyük olması idi. Belə ki, balacaboy olan Napoleonun tabutu 1,78 santimetr idi. Həmçinin, ölən Napoleonun geyimində, saçlarında və başının ölçüsündə uyğunsuzluq var idi.

Lakin bütün bu versiyalar rəsmi təsdiqini tapmır. Buna görə də tarix Müqəddəs Yelena adasında ölənin, yoxsa Parisdə Əlillər Evində dincələn şəxsin əsil Napoleon olduğunu heç vaxt dəqiq bilməyəcək.

Milli.Az







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ötən il Bakıda keçirilən buraxılış imtahanlarında məzunların 8,51 %-i Ana dili fənnindən “2” alıb

26 Aprel 2017 18:12

Prezident İlham Əliyev Niderland kralını təbrik edib

26 Aprel 2017 18:12

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

26 Aprel 2017 18:12

Qərb siyasəti: liberalizmlə populizm arasında

26 Aprel 2017 18:12

Gəncə sakininin ÜSTÜNDƏN QATAR KEÇDİ

26 Aprel 2017 18:12

Bu oğlan 160 yaşlı qocanın bədənində yaşayır

26 Aprel 2017 18:10

Sürücülərə xəbərdarlıq: 22:00-dan ETİBARƏN...

26 Aprel 2017 18:08

Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb

26 Aprel 2017 18:07

Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib

26 Aprel 2017 18:07

Həkimlər ayağını tərs tikdilər - FOTO

26 Aprel 2017 18:05

"Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır" - Ekspert

26 Aprel 2017 18:05

Gəncədə faciə: qatar 58 yaşlı kişinin üstündən keçdi

26 Aprel 2017 18:04

DİM: Məktəb müəllimlərinin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır

26 Aprel 2017 18:02

"Səbail" klubunda transferlərə dair qərar Müşahidə Şurasının iclasında veriləcək

26 Aprel 2017 18:02

XƏBƏRDARLIQ: Gecə telefonu elektrikə taxmayın

26 Aprel 2017 17:58

Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması ilə bağlı tədbirlər planı hazırlanır

26 Aprel 2017 17:57

Ekspert: "Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşündən ciddi nəticə gözləməyə dəyməz"

26 Aprel 2017 17:57

Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi

26 Aprel 2017 17:57

İstanbulda mikroavtobusda partlayış olub, 7 tələbə yaralanıb

26 Aprel 2017 17:57

Rusiya Suriyadakı Hmeymim bazasından aviaqruplaşmalarının yarısını çıxarıb

26 Aprel 2017 17:57

Elza Seyidcahan: “O itlərin toyuna gedərdim

26 Aprel 2017 17:55

"Bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik" - İLHAM ƏLİYEV

26 Aprel 2017 17:54

Azərbaycanda QORXUNC HADİSƏ - Avtomobil transformatora çırpıldı

26 Aprel 2017 17:52

Məktəbi “5” qiymətlə bitirən məzunların yarıdan çoxu attestat qiymətlərini doğrulda bilməyib

26 Aprel 2017 17:52

Tələbələrimiz hədiyyə fondu $ 20 000 olan çempionatda qalib gəldilər - FOTO

26 Aprel 2017 17:52

Ədliyyə naziri Goranboyda vətəndaşları qəbul edib

26 Aprel 2017 17:52

DİM: Son 12 ildə orta məktəb məzunlarının sayı 35 778 nəfər azalıb

26 Aprel 2017 17:52

Azərbaycanda 9-11-ci sinifdə oxuyan 91 şagird yazıb-oxumağı bilmirmiş - QALMAQAL

26 Aprel 2017 17:49

31 yaşlı Hadisə görüntüsü ilə ŞOK ETDİ - FOTOLAR

26 Aprel 2017 17:48

Azərbaycanda bu da oldu: Gənc qız meymunla evləndi

26 Aprel 2017 17:47

Xərçəngə yoluxmayan yeganə heyvan

26 Aprel 2017 17:43

Akademik Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək

26 Aprel 2017 17:42

Baş Prokurorluq Azərbaycan şirkətlərinə qarşı başlanmış cinayət işlərinə dair yayılan informasiyalara aydınlıq gətirib

26 Aprel 2017 17:42

Zülfiyyə: "Traktor da sürürəm, motosiklet də..."

26 Aprel 2017 17:42

Poroşenko: “Bu, sülh üçün alternativsiz plandır”

26 Aprel 2017 17:38

Rusiyada dollar bahalaşıb

26 Aprel 2017 17:37

İngiltərə Premyer Liqasına vəsiqə qazanan klubun icraçı direktoru həbs olunub

26 Aprel 2017 17:37

Nadir Zaurun pulunu vermədi - 1700 manat

26 Aprel 2017 17:37

Elmar Məmmədyarov: "Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbayacn-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaradıb"

26 Aprel 2017 17:37

“Google Play” internet mağazasında aşkar edilmiş virus təxminən 2 milyon istifadəçini yoluxdurub

26 Aprel 2017 17:35

“Dostum qayıtdı ki, gəl Cona deyək, guya itlərə toy edirik...” – SƏBUHİ MƏMMƏDLİ GORANBOYDAN YAZIR

26 Aprel 2017 17:34

Tarixçi: "Avropa islamofobiyanın əsirinə çevrilir"

26 Aprel 2017 17:33

Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

26 Aprel 2017 17:32

Ukraynada azərbaycanlı saxta mallar satarkən tutuldu - FOTO

26 Aprel 2017 17:32

İstanbulda avtobus partladı

26 Aprel 2017 17:32

Aprelin 27-nə manatın məzənnəsi

26 Aprel 2017 17:30

Əməyin mühafizəsi qaydaları ən çox hansı sahədə pozulur?

26 Aprel 2017 17:27

İranda AES "silkələndi" - ZƏLZƏLƏ

26 Aprel 2017 17:27

İrəvan bunu etməsə, Qarabağda müharibə başlayacaq - Ermənistandan ETİRAF

26 Aprel 2017 17:23

Autizmli uşaqların xor və ritm konserti

26 Aprel 2017 17:22