Avtovağzallardakı mağazalarda qiymət çox yüksəkdir - VİDEO

Avtovağzallardakı mağazalarda qiymət çox yüksəkdir - VİDEO
22:27 14 Noyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Adi mağazalarda bir qiymət, avtovağzallardakı mağazalarda isə başqa bir qiymətdir.

Vətəndaşlar avtovağzalların daxilində olan mağazalarda satılan malların qiymətlərinin baha olmasından narazıdırlar. Hətta bəzi malların qiyməti adi mağazalarla müqayisədə 50% bahadır. Bu fərq özünü xüsusən un məmulatlarında daha çox göstərir. Sanki insanları yola çıxmasından sui-istifadə edən mağaza sahibləri qiymətləri istədikləri kimi qaldırır.

Satıcıların isə demək olar ki, hamısı belə bir fərqin olmasını inkar edir. Hər nə qədər qəribə səslənsə də onlar hətta bəzi malları topdan qiymətinə satdıqlarını deyirlər.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirilir ki, burada istehlakçıların hüquqları pozulmur. Çünki sahibkarlıq haqqında qanunun 6-cı maddəsinə əsasən istehsalçılar və sahibkarlar təqdim etdikləri məhsul istədikləri qiymətə sata bilərlər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR