Yardımlı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 256 m2 olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyalar və ev əşyaları 20 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az