Ermənistana sonuncu xəbərdarlıq

Ermənistana sonuncu xəbərdarlıq
22:53 14 Noyabr 2016
277 Digər
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, bu ilin aprel ayında Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq göstərərək düşmən üzərində şanlı qələbə qazandı, Füzuli, Cəbrayıl və Ağdərədə işğal altında olan 2000 hektardan çox ərazini işğalçılardan azad etdi. Bu uğurlu əks-hücum əməliyyatları düşmənə yerini göstərdi, erməni işğalçılarının özləri haqqında uydurduqları "yenilməz ordu" mifini alt-üst etdi.

Noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən döyüşdə fərqlənmiş hərbi qulluqçularla görüşündə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də aprel döyüşlərindən danışdı. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır.

Prezident vurğuladı ki, işğal edilmiş torpaqlarda, o cümlədən Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Dövlət başçısı qətiyyətlə bildirdi ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq:

"Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var".

Dünya bu həqiqəti qəbul etməlidir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Hərbçilərimiz öz torpağımızdadır, özgə torpağına soxulmayıblar. Azərbaycan prezidenti əminliklə bildirdi ki, biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik:

"Aprel döyüşləri bunu bir daha sübut etdi. ...Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq".

Son illərdə Azərbaycan Silahlı Qüvvələrinin gücləndiyi göz qabağındadır. Ordumuz müasir silah-sursatlarla təmin olunub. Yerli, beynəlxalq standartlara cavab verən silahlar istehsal olunur, eyni zamanda ixrac edilir. Maliyyə baxımından isə ordumuzun heç bir çətinliyi yoxdur. Dövlət başçısı da vurğuladı ki, ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq.

Lakin Ermənistanın hərbi sahəsində vəziyyət acınacaqlıdır. Ölkə başqalarının yardımına möhtacdır. Həmçinin, Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağda məskunlaşan ermənilər ən aşağı yoxulluq həddində yaşayırlar. Azərbaycan prezidenti bütünlükdə bu məqama da toxundu:

"Aprel döyüşlərindən sonra növbəti tapşırıqlar verildi, maliyyə vəsaiti ayrıldı. Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənistan isə başqasının yardımına möhtacdır. Başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir. Dünya da bilir. ...Xarici yardım olmadan onlar nəinki işğal edə, heç tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edibdir. Yəni biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq".

Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Ermənistan rəhbərliyinə xəbərdarlıq da etdi:

"Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq". (Trend)

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Əcnəbi tələbələr bu üç universiteti daha çox seçir

28 Aprel 2017 14:14

Mövlud müsabiqəsinə Güney də qoşuldu

28 Aprel 2017 14:13

Ərdoğan: “Bunu etməsək yox olacağıq”

28 Aprel 2017 14:13

Oyun vaxtı pivə içən idmançılar diskvalifikasiya olundular

28 Aprel 2017 14:12

Fərqanə: "Mən buna “ustad şapalağı” deyərdim" - VİDEO

28 Aprel 2017 14:12

"MİDA"nın aktivləri 11 mln. manata yaxındır

28 Aprel 2017 14:12

Nigeriyada PARTLAYIŞ

28 Aprel 2017 14:10

"Sübut etsinlər, 10 milyonu ödəməyə hazıram", "sanki nazir olmuşam" - "Rabitə İŞİ"ndə İTTİHAMLAR

28 Aprel 2017 14:09

Dövlət Filarmoniyasının may ayı üçün tədbirlər planı açıqlanıb

28 Aprel 2017 14:07

Nigeriyada PARTLAYIŞ: hərbçilər həlak oldular

28 Aprel 2017 14:05

Velosiped sürürsünüz? Şlemi unutmayın - FOTO

28 Aprel 2017 14:05

Azərbaycanın "Eurovision" mahnısı ilə bağlı qalmaqal - Erməni müğənnidən iddia - FOTO

28 Aprel 2017 14:05

Qaraçı kassiri hipnoz edib 10 min rublu oğurladı - İNANILMAZ OĞURLUQ - VİDEO

28 Aprel 2017 14:03

Moskva görüşü öncəsi cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: düşmən itki verdi

28 Aprel 2017 14:03

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib

28 Aprel 2017 14:02

"Rabitə işi": "Üç təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib"

28 Aprel 2017 14:02

İndoneziya sahibkarları Azərbaycana səfər edəcək

28 Aprel 2017 14:02

"Qalatasaray"-dan Azərbaycana qurşaqdan aşağı zərbə

28 Aprel 2017 14:02

Cem Yılmazın yeni sevgilisinin kim olduğu bilindi - FOTOLENT

28 Aprel 2017 13:59

May ayında hava necə olacaq?

28 Aprel 2017 13:59

İngilis alim Azərbaycanda Qızıl medal aldı - FOTO

28 Aprel 2017 13:58

Mövsümün son turu

28 Aprel 2017 13:57

Türkiyəli müğənni öldürüldü

28 Aprel 2017 13:54

"Azərbaycan tərəfi bu raketi cavabsız qoymayacaq"

28 Aprel 2017 13:53

Almaniya prokurorluğu İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

28 Aprel 2017 13:52

Facebook-da yeni rekord - "Ataların ən dahisi" - VİDEO - FOTO

28 Aprel 2017 13:52

Rövnəq Abdullayev: "SOCAR neft-qaz əməliyyatlarını bütün seqmentlərdə inkişaf etdirir"

28 Aprel 2017 13:52

Hadisə sevgilisi ilə bu vəziyyətdə göründü – FOTOLAR

28 Aprel 2017 13:48

İslamiadada kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmini üçün İşçi Qrup yaradılıb

28 Aprel 2017 13:47

Rusiyada iki azərbaycanlıya ağır cəza: 23 il həbs, 1,8 milyonluq təzminat

28 Aprel 2017 13:47

Nazir: "Azərbaycanda strateji məhsullara tələbatın yerli istehsalla ödənilməsinə nail olunub" - FOTO

28 Aprel 2017 13:47

Amerikalı ekspert: "Aİ-nin Ankaraya qarşı qərarları öz problemlərindən diqqəti yayındırmaq cəhdləridir"

28 Aprel 2017 13:47

Hadisənin yeni sevgilisi var - İDDİA - FOTO

28 Aprel 2017 13:47

AŞPA-nın vitse-prezidenti: "Aqramuntun təşkilatın adından bəyanat verməyə haqqı yoxdur"

28 Aprel 2017 13:47

Tanınmış azərbaycanlı aktyor BANKROT OLUB: "2 otaqlı evin pulu..."

28 Aprel 2017 13:44

​“Müəllim dünyası” kitabının təqdimatı oldu

28 Aprel 2017 13:44

AMEA-nın akademik katibi: “Akademiklər orta və ali təhsil müəssisələri üçün dərslik yazmırlar”

28 Aprel 2017 13:42

Həftənin seçilən FOTOları

28 Aprel 2017 13:42

Bakı Dövlət Universitetinin dosentinə qarşı dələduzluq edən şəxsə hökm oxunub

28 Aprel 2017 13:42

BDU-nun dosentinə "pul atan"a 10 İL HƏBS

28 Aprel 2017 13:39

Küçədə qızları təcavüzə uğrayan ataların REAKSİYALARI - VİDEO

28 Aprel 2017 13:38

Ordumuz erməni əsgərini məhv etdi

28 Aprel 2017 13:38

Bakıda 59 yaşlı qadın üzərinə spirt tökərək özünü yandırmaq istəyib

28 Aprel 2017 13:37

Gürcüstan parlamentinin keçmiş sədri siyasətə qayıdıb, partiya yaradır

28 Aprel 2017 13:37

Musiqili Teatrın may repertuarı açıqlandı

28 Aprel 2017 13:36

Külək iki binanın damını uçurdu - XAÇMAZDA

28 Aprel 2017 13:34

Kəmaləddin Heydərov Qobustanda qəbul keçirdi

28 Aprel 2017 13:33

Canlı yayımda aparıcını ildırım vurdu - VİDEO

28 Aprel 2017 13:32

"Yuventus"un sabiq direktoru Albaniyada çalışacaq

28 Aprel 2017 13:32

Məşhur aviaşirkətdə qalmaqal: sərnişinin əl-ayağı bağladılar - VİDEO - FOTO

28 Aprel 2017 13:27