Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin və Merkel arasında telefon danışığı olub

Putin və Merkel arasında telefon danışığı olub

Date: 14 November 2016 22:57

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Məlumata görə, tərəflər Donbasda atəşkəs rejiminin davamlı şəkildə pozulmasından narahatlığını bildiriblər.
 
Söhbət zamanı həmçinin Suriya böhranının nizamlanması və bir sıra ikitərəfli məsələlərə toxunulub.
 
"Almaniya kansleri ilə danışıq zamanı Vladimir Putin Rusiya qazının Ukrayna ərazisi ilə Avropa istehlakçılarına tranzitini müzakirə edib", Kremlin məlumatında bildirilir.

Milli.Az


Tags:  Putin Merkel arasında telefon danışığı olub


RƏYLƏR


Top news