"Variantlarımız çoxalıb"

"Variantlarımız çoxalıb"
22:57 14 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"nun yarımmüdafiəçisi Koke "Real"a qarşı Madrid derbisi barədə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, liderlə xal fərqinin böyüməməsi üçün ən azı heç-heçə qazanmaq istədiklərini bildirib.

"Təhlükəli derbidir. "Real"a imkan verə bilmərik ki, xal fərqini artırsın. Minimum heç-heçə lazımdır. Təbii ki, qələbə barədə düşünürük. Biz turnir cədvəlinin lideri idik. "Sevilya"ya uduzub 5-ci yerə endik. Xatırlayıram ki, beynəxalq oyunlarla əlaqədar 1-ci fasilədə yüksək dəstəni tərk etmək müzakirə olunurdu. İkinci fasiləyə 2-ci kimi yollandıq. İndi də şübhələr geri qayıdıb. Bu mövsüm biz topla daha çox oynayırıq. Variantlarımız çoxalıb. Lakin müdafiədə zəifləmişik. Bütün komanda ilə hücum və müdafiədə oynamaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR