Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kraliçanın avtomobili satılmadı

Kraliçanın avtomobili satılmadı

Date: 14 November 2016 23:06

Böyük Britaniyanın Birmingem şəhərində “NEC Classic Motor Show” festival çərçivəsində avtomobil hərracı təşkil olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hərracda “Tac inciləri” adı altında vaxtilə müxtəlif  hökmdar sülalərinə məxsus olmuş və sonradan maşın kolleksiyasına salınmış avtomobillər satışa çıxarılıb.

Hərracda satılan ekstraavtomobillər üçün ümumilikdə 450 min funt sterlinq ödənilib. Məlumata əsasən, şahzadə  Dianaya məxsus 1994-cü il istehsalı “Audi” 54 min, müğənni Elton Cona aid “Rolls-Royce Phantom” 124 min, Qətər kralı Evinin istifadəsində olmuş “Rolls-Royce Corniche” isə 135 min funt sterlinqə satılıb.

Maraqlıdır ki, hərraca çıxarılan və Böyük Britaniya kraliçası İkinci Yelizavetaya məxsus 2012-ci il istehsalı olan və 215-235 min funt sterlinq dəyərində qiymətləndirilən “Bentley Mulsanne” avtomobilini alan olmayıb.


Tags:  Kraliçanın avtomobili satılmadı

RƏYLƏR


Top news