Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Narkotik maddənin qanunsuz satışında şübhəli bilinən Siyəzən sakini tutulub

Narkotik maddənin qanunsuz satışında şübhəli bilinən Siyəzən sakini tutulub

Date: 15 November 2016 00:27

Bakı. 14 noyabr. REPORT.AZ/ Siyəzən rayon Polis Şəbəsinin əməkdaşları narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan rayon sakinini saxlayıb.
"Report"un bölgə müxbiri xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Bəxtiyar Qəniyevin satış məqsədilə 122,136 qram qurudulmuş marixuana əldə etməsi məlum olub.
Onun həmin maddənin 2 bükümünü tanışı Orxan Məmmədova satması da əməliyyatçılar tərəfindən müəyyən edilib. Qurudulmuş marixuananın 19 kağız bükümünü bir hissəsi gödəkçəsinin, qalanı isə Siyəzən şəhərində yeni tikilmiş fərdi yaşayış evinin həyətindən aşkarlanıb.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır. 


Tags:  Narkotik maddənin qanunsuz satışında şübhəli bilinən Siyəzən sakini tutulub

RƏYLƏR


Top news