Bakı metrosunda hər gün qarşılaşdığımız 8 insan tipi - FOTOLAR

Bakı metrosunda hər gün qarşılaşdığımız 8 insan tipi - FOTOLAR
01:13 15 Noyabr 2016
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Metrosu elə bir məkandır ki, burada siz spesifik insanlarla qarşılaşa bilərsiniz. Sürətli və rahat evə getmək fikriylə daxil olduğunuz metro stansiyasının girişindən etibarən sizi maraqlı insan tipləri qarşılayacaq.

Publika.az sizin üçün bir ümumiləşdirmə edərək, həmin insan tiplərindən 8-ini təsvir etməyə çalışacaq. Başladıq!

1. Metro kartı istifadə etməyənlər

1. Metro kartı istifadə etməyənlər

Hər gün metrodan istifadə etmələrinə baxmayaraq, bu tip insanlar qətiyyətlə metro kartı almağa qarşıdırlar. Sistemə qarşı çıxan bu “metro anarxistləri” ya saymazyana siz kartla keçməyə çalışarkən, onları da keçirməyinizi əmr edir, ya da 20 qəpiklə yaxınlaşaraq kartınızla onları da keçirməyinizi istəyirlər. Bəxtiniz həmin gün üzünüzə gülübsə, bu tipin birinci növüylə qarşılaşacaqsınız.

2. Eskalatordan hərəkət edərkən sağda durmayanlar

2. Eskalatordan hərəkət edərkən sağda durmayanlar

Bakı metropolitenin səsli və yazılı elanları, yolunu kəsdiyi adamların etirazlarına baxmayaraq, eskalatorun solu həmişə dolu olur. Tələsdiyiniz zaman keçməkeçli yollarla, ziqzaq hərəkət edərək özünüzə yol açmalı olursunuz. Hə, sizə yol verərkən “sifət” edərək, narazıçılığını bildirənlər də mütləq tapılacaq.

3. Stansiyada xəbərdarlıq xəttini keçən insanlar

3. Stansiyada xəbərdarlıq xəttini keçən insanlar

Onlar özləri üçün yaratdıqları təhlükədən ya xəbərdar deyillər, ya da “risk etməyi sevən yoldaşlar”dırlar.

4. Qapı açılan kimi içəri daxil olmağa çalışanlar

4. Qapı açılan kimi içəri daxil olmağa çalışanlar

Bakı metrosunda ən çətin sınağı qatardan endiyiniz anlar ola bilər. Qapı açılan kimi sanki öz evinə girirmiş kimi vaqona daxil olan insanlar xüsusilə pik saatlarda əsəbinizi pozur. Düşərkən çantanızı, əşyalarınız, qolunuzu, ayağınızı içəri dartışdırmağa çalışanlardan xilas olmaq üçün bir xeyli tər tökməlisiniz.

5. Qapı tutmaq zarafatı

5. Qapı tutmaq zarafatı

Bu zarafat illərdir ki, nəsildən-nəsilə ötürülür. Bəziləri dispetçerin əsəbi səsini eşitməyənə qədər vaqonların qapısını buraxmamaqda əyləncəli bir şey görür. Ancaq nəzakətli davranaraq, gecikənlər üçün qapını saxlayanları da unutmamaq lazımdır. Onların sayəsində qatara mindiyimiz vaxtlar da az olmayıb.

6. Baxışları ilə insanları yerindən qaldıran xalalar

6. Baxışları ilə insanları yerindən qaldıran xalalar

Bu yazını oxuyan hər kəsin analoji baxışlara məruz qaldığına əminik. Vaqona daxil olarkən bütün oturacaqları gözüylə sezən xalalar ən birinci bəzən bir neçə gənci yerindən qaldıra bilir. Əlbəttə, bir nəzakət qaydası olaraq böyüklərə yer verilir. Lakin bunu çox nəzakətsiz formada tələb etmək də başqa söhbətin mövzusudur.

7. Tutacaqdan tutmayan çılğın gənclər

7. Tutacaqdan tutmayan çılğın gənclər

Metroda lazımsız hər hərəkət əsəbinizi poza bilər. Bəzən havasız vaqonda yanınızda duran birinin heç bir tutacaqdan tutmayaraq, vaqonda “çılğınlıq” etməsi də bu hallardan biridir. Metronun hər sərt hərəkətində üstünüzə yıxılması da bir ritual hesab edilə bilər.

8. Qapının ağzında duran insanlar

8. Qapının ağzında duran insanlar

Həm avtobus, həm də metronun ortaq dərdi. Sizə metroya minməkdə və enməkdə çətinlik törədən “metro gömrük komitəsinin layiqli üzvləri”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/175941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR