Avropa İttifaqı Türkiyə ilə quruma üzvülüyün müzakirəsini davam etdirəcək

Avropa İttifaqı Türkiyə ilə quruma üzvülüyün müzakirəsini davam etdirəcək
01:22 15 Noyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Avstriya istisna olmaqla Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Türkiyə ilə quruma üzvülk məsələsinin müzakirəsinin davam etdirilməsini dəstəkləyiblər.
"Report" Haber7-yə istinadən xəbər verir ki, bu haqda Aİ-yə üzv dövlətlərin xarici işlər nazirləri şurasının noyabrın 14-də keçirilən toplantısında bildirilib.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini toplantının yekununa dair mətbuat konfransında deyib ki, Türkiyədə müxalifətin və mətbuatın sıxışdırlmasını tənqid edəcəklər. Onun sözlərinə görə, Aİ Türkiyə ilə quruma üzvülük məsələsini davam etdirməlidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/avropa-i-ttifaqi-turkiye-ile-quruma-uzvuluyun-muzakiresini-davam-etdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR