Mehriban Əliyeva sərgi açılışında

Mehriban Əliyeva sərgi açılışında
02:49 15 Noyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Mehriban Əliyeva azərbaycanlı modelyerin kolleksiyasından geyindi - FOTOLAR (26 May 2017 11:38)
Mehriban Əliyeva qızıl medal qazanan güləşçimizi mükafatlandırıb (19 May 2017 22:10)
Leyla Əliyeva anasının mətbəx SİRRİNİ AÇDI - FOTO (19 May 2017 14:53)

Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin təntənəli açılışı olub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə,  açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya baş nazirinin müavini Olqa Qolodets, mədəniyyət naziri Vladimir Mediniski, Qalereyanın baş direktoru Zemfira Trequlova, Rusiya və Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

 

Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun və "Mərcani" Fondunun dəstəyi ilə keçirilən sərgidə 12 Azərbaycan rəssamının - Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun ümumilikdə 60-dan çox əsəri nümayiş olunub.

 

Sərginin açılışı mərasimində çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlova nümayiş olunan əsərlərdən danışıb: "Bu əsərlərin hər biri Abşeronun gözəlliyini, odlar diyarının füsunkarlığını nümayiş etdirir. Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür".

 

Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Tretyakov qalereyasını 160 illik yubileyi münasibəti ilə təbrik edən M. Əliyeva sərgi barədə məlumat verib: "Bu sərgi Tretyakov qaleriyası, Heydər Əliyev Fondu və Mərcani Fondunun sayəsində reallaşıb.  İmkandan istifadə edib Rusiya Mədəniyyət Nazirliyinə, sərginin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Xüsusi ilə, öz dərin minnətdarlığımı sərginin reallaşmasında göstərdiyi hərtərəfli dəstəyə və yardıma görə Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlavaya bildirirəm".

 

Heydər Əliyev Fondunun prezidenti sərginin Azərbaycanın mədəniyyət həyatında görkəmli hadisəyə çevrildiyini vurğulayıb: "Ümid edərm ki, Rusiyanın da mədəni həyatında belə hadisəyə çevriləcək. Sərginin təşkilatçıları heç də təsadüfən ötən əsrin 60-80-ci illərinə- Azərbaycan Respublikasının parlaq sıçrayışı dövrünə müraciət etməyiblər. Həmin dövrdə Azərbaycanda dahi musiqiçilər, bəstəkarlar, rəssamlar, heykəltəraşları yaşayıb, yaradıblar. Onların adları respublikadan kənarda, bütün Sovetlər İttifaqında tanınıb. Məhz həmin dövr  Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əşrəf Murad, Tofiq Cavadov, Rasim Babayev və bir çox digər sənət ustalarının yaradıcılığının çiçəkləndiyi dövrdür. Bu sərgi həmin dövrün, həmin nəslin dahi rəssamlarının işlərini bir araya toplayıb".

 

Mehriban Əliyeva  sərgiyə hazırlığın bir ildən çox çəkdiyini qeyd edib: "Sizin diqqətinizə Azərbaycan təsviri-incəsənət məktəbinin dahi və parlaq rəssamlarının işləri təqdim olunub. Bu işlər öz dövrünün tendensiyasını eləcə də SSRİ aparıcı milli rəssamlıq məktəblərindən birinin xüsusiyyətini əks etdirir. Burada nümayiş olunan hər bir rəssam təkrarolunmaz fərddir və nadir taledir. Onların hamısı novator, Azərbaycan rəssamlığı və heykəltəraşlığında bütöv istiqamətin yaradıcısı olublar və elə də qalacaqlar. Əminəm ki, siz sərgi ilə tanış olarkən süjetlərdə əks olunan vətənə sevgini, kökünə bağlılığı görəcəksiniz. Bu, Dağlıq Qarabağ peyzajları və Abşeronun qızmar havasıdır".

 

M. Əliyeva bu gün Azərbaycanın bu adlarla fəxr etdiyini də xüsusi vurğulayıb: "Bu rəssamların yaradıcılığı Azərbaycan incəsənətinin klassikasıdır. "Abşeron ulduzları" sərgisi Azərbaycan rəssamlarının işlərinin toplandığı ilk sərgidir. Mənim üçün bu sərginin məhz Moskvada, Rusiya paytaxtında keçirilməsi təbiidir. Ona görə ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər möhkəm tarixi dostluq, sıx əməkdaşlıq bünövrəsi üzərində qurulub. Ümumi tarixi keçmişimizlə yanaşı, bu gün bizim ölkələrimizi və xalqlarımızı çoxlu ümumi tendensiya və istiqamətlər birləşdirir. Əlbəttə ki, hər şeydən öncə bu, böyük rus dili və rus ədəbiyyatıdır. Bildiyiniz kimi, Azərbaycan keçmiş Sovetlər İttifaqının azsaylı ölkələrindəndir ki, rus dilində tədris tam həcmdə qorunub saxlanılıb. Ölkəmizdə 300-dən çox rus dilli məktəb fəaliyyət  göstərir ki, burada tədris tamamilə rus dilində aparılır. Bakıda Rus dram teatrı, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi, Slavyan Universiteti, MDU-nun filalı fəaliyyət göstərir. Ötən ildən etibarən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti fəaliyyətə başlayıb. Əlbəttə ki, bu, onu göstəriri ki, biz ümumi elmi və mədəni məkanı qoruyub saxlaya bilmişik. Bu isə öz növbəsində dövlətlərarası səviyyədə olduğu kimi, həm də sadə insanlar, ölkələrimizin vətəndaşları arasında daha çox dostluq əlaqələrinin yaranmasına təsir edir. Sonda bir daha bu sərginin reallaşmasında əməyi olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Təşəkkür edirəm ki, bu gün axşam siz bizimləsiniz. Sizin hamınızı Azərbaycana səfər etməyə dəvət edirəm".

 

Rusiya baş nazirinin müavini Olqa Qolodets isə çıxışında Tretyakov Qalereyasının kollektivini əsrarəngiz layihə münasibəti ilə təbrik edib: "Keçmiş Sovetlər İttifaqı respublikasının ən yaxşı rəssamlarının əsərlərini toplamaq və nümayiş etdirmək bizim hər birimizə şərəfli keçmişimizə toxunmaq imkanı qazandırır".

 

Rusiyanın mədəniyyət naziri Vladimir Mediniski çıxışında Abşerona səfəri ilə bağlı xatirələrini bölüşüb: "Abşeron torpağı istedadlarla zəngindir. Mən Abeşronda dəfələrlə olmuşam. Orada elə atmosfer vardır ki, insan özü nəsə yaratmaq istəyir".

 

Sonda çıxış edən "Mərcani" Fondunun direktoru Rustəm Süleymanov bütün Moskva sakinlərini "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinə dəvət edib: "Sizi əmin edirəm ki, bu sərgiyə gələnlər məyus olmayacaqlar".

 

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qonaqlar sərgi ilə tanış olublar. Onlara sərginin Tretyakov qalereyasının uzun müddətli layihəsi çərçivəsində gerçəkləşdirildiyi barədə məlumat verilib. Bildirilib ki, layihə  çərçivəsində keçmiş SSRİ respublikalarının tanınmış rəssamlarının həm qalereyada, həm də müxtəlif muzeylərdə və şəxsi qalereyalarda saxlanılan əsərləri nümayiş olunacaq. İndiki ekspozisiya da həmin silsilədən təqdim olunan ilk sərgidir.

 

Qeyd edək ki, əsərlərin əksəriyyəti ilk dəfədir ki Tretyakov qalereyasında nümayiş olunur. Məhşər Abşeron məktəbi haqqında tam təəssürat yaradan rəsmlərin hər birində Azərbaycan folkloru, mifoloji sujetlər, milli ornamentlər, miniatür sənəti öz əksini tapıb.

 

Sərgi gələn ilin fevralın 26-na kimi davam edəcək.





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Abşeronda yanğın hadisəsi

29 May 2017 00:44

İran sərhədində atışma - Ölənlər var

29 May 2017 00:33

"Maşın" şou başladı

29 May 2017 00:23

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 00:15

Totti “Roma” ilə vidalaşdı

29 May 2017 00:14

Fələstinli gözəl Roma gecəsinə qatıldı - FOTO

29 May 2017 00:05

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

29 May 2017 00:05

Astroloji proqnoz - 29 may

29 May 2017 00:03

Kann Kinofestivalının qalibi bəlli oldu

28 May 2017 23:59

"Maşın" şou başladı - iştirakçıların siyahısı

28 May 2017 23:57

Aqil M.Quliyevin qızının 25 yaşı tamam olur

28 May 2017 23:57

Bu mübarək aya necə xitab edək?

28 May 2017 23:57

İtkin düşən tələbənin cəsədi Xəzərdən tapıldı - FOTO

28 May 2017 23:52

Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?

28 May 2017 23:52

“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk

28 May 2017 23:52

Qızıl palma budağı mükafatının sahibi məlum oldu

28 May 2017 23:51

56 günlük körpəsini zəhərləyib öldürən ana - FOTO

28 May 2017 23:47

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 23:47

Rüku halında nə qədər əyilmək lazımdır?

28 May 2017 23:47

Qızıl palma budağı mükafatının sahibi məlum olub

28 May 2017 23:43

Şəki sakinini it dişləyib

28 May 2017 23:42

Qaxa dolu yağıb - FOTO

28 May 2017 23:42

Yüksək təzyiq zamanı xalq təbabəti

28 May 2017 23:42

Şimali İrlandiya millisinin daha bir hücumçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

28 May 2017 23:42

Qazaxda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

28 May 2017 23:33

Şou ulduzu yeni fotolarını paylaşdı - FOTO

28 May 2017 23:32

Bakıda torpaq neçəyədir?

28 May 2017 23:29

Nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü - 28 yaşlı Kənanın ürək dağlayan taleyi - FOTO

28 May 2017 23:27

Yeni ulduz erotik fotosessiyaya çəkildi - FOTO

28 May 2017 23:27

Oruclu olanda bədəndən qan alıdrımaq, damardan qan vermək olarmı?

28 May 2017 23:22

"Sarkisyan sülh istəmir, yoxsa Martirosyanı niyə satın aldırırdı?"

28 May 2017 23:22

Ramazan ayının gündəlik müstəhəb əməlləri

28 May 2017 23:17

“Qızın iki adaxlısı var?” – Bakıda yeni qalmaqal - FOTO

28 May 2017 23:17

Ayağını ayağının üstünə aşıranlar...

28 May 2017 23:15

Oruc halında ağrıkəsici dərman həbi qəbul edən adamın orucu pozulurmu?

28 May 2017 23:12

Vahan Martirosyan bu dəfə Ermənistan tərəfə qaçır... - əsl erməni xisləti haqqında

28 May 2017 23:12

Şəki sakinini it dişlədi

28 May 2017 23:09

Qaxın ucqar kəndinə dolu yağıb

28 May 2017 23:07

Gəncədə ağır yol qəzası

28 May 2017 23:06

İsraillilər Fələstin üçün küçələrə axışdı - Netanyahu şokda

28 May 2017 23:05

Gəncədə küçəni süpürən qadın həlak oldu

28 May 2017 23:05

Real həyata bənzəyən illüzor aləm - FOTO

28 May 2017 23:05

Otel həyətində yarıçılpaq gözəl - FOTO

28 May 2017 23:05

Dünyanın ən titullu futbolçusu nə MESSİDİR, nə də RONALDO

28 May 2017 23:03

Oruc tutmayanın 7 bəhanəsi

28 May 2017 22:57

Bayrağımızın rəngləri İstanbul boğazından bərq vurur

28 May 2017 22:52

Gəncədə süpürgəçi qadını maşın vuraraq öldürüb

28 May 2017 22:52

Ramazan ayı təqvimi və gündəlik duaları - Orucun vaxtları -FOTO

28 May 2017 22:52

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

28 May 2017 22:48

Mübarək Ramazan ayının gündəlik duaları

28 May 2017 22:47