ABŞ-da ilk müsəlman konqresmen Demokratlar Partiyası sədrliyinə namizədliyini irəli sürüb

ABŞ-da ilk müsəlman konqresmen Demokratlar Partiyası sədrliyinə namizədliyini irəli sürüb
03:02 15 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ Konqresinin ilk müsəlman üzvü Keys Ellison Demokratlar Partiyası sədrliyinə namizədliyini rəsmi olaraq irəli sürüb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, bu haqda rəsmi yazılı açıqlama yayıb.
İnformasiyaya əsasən, o, 2006-cı ildə ABŞ-ın Minnesota ştatından konqresə üzv seçilib. O vaxtdan indiydək Keys Ellison "ilk müsəlman konqresmen" olaraq tanınır.
Qeyd edək ki, noyabrın 8-də keçirilən prezident seçkisində Demokratlar Partiyasının namizədi Hillari Klinton respublikaçıların nümayəndəsi Donald Trampda məğlub olub. Bu məğlubiyətdən sonra partiyanın dəyişikliklər edəcəyi ehtimal edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-ilk-muselman-konqresmen-demokratlar-partiyasi-sedrliyine-namizedliyini-ireli-surub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR